Müctəba Xamenei Putinə mesaj göndərdi: nələr deyib?
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezayi Rusiya Prezidenti Vladimir Putinlə təxminən üç saat davam edən geniş müzakirələr aparıb.
Sfera.az xəbər verir ki, bu barədə İran Ali Milli Təhlükəsizlik Şurası katibinin müavini Əli Baqiri ölkənin dövlət televiziyasına müsahibəsində məlumat verib.
Onun sözlərinə görə, Rezayinin Rusiyaya səfərinin əsas məqsədi İranın Ali Rəhbərinin mesajını şəxsən Vladimir Putinə çatdırmaq olub.
Baqiri bildirib ki, müraciətdə Tehranla Moskva arasında ikitərəfli əməkdaşlığın prioritet istiqamətləri, eləcə də gələcək tərəfdaşlığın inkişaf perspektivləri əksini tapıb:
“Əsas məqsəd Rusiya tərəfinə İranın Ali Rəhbəri Ayətullah Seyid Müctəba Xameneinin rəhbərliyi dövründə Tehranla əməkdaşlığın hansı istiqamətdə inkişaf edəcəyini daha aydın çatdırmaqdır”.
İranlı rəsminin diqqət çəkdiyi əsas məsələlərdən biri də enerji və nəqliyyat sahəsində birgə layihələr olub.
O, Rusiya qazının İrana nəqli və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin həyata keçirilməsini iki ölkə üçün strateji əhəmiyyət daşıyan təşəbbüslər kimi qiymətləndirib./globalinfo






