Logo

Ərdoğan: Qlobal sistem iflasa uğrayır

Ərdoğan: Qlobal sistem iflasa uğrayır
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

“Artıq bütün dünya keçmişin reseptləri ilə bu günün problemlərinə çarə tapmağın mümkün olmadığı həqiqətini dərk edir”.

Sfera.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“81 il əvvəl güc və imtiyaz sahibi olan dövlətlər tərəfindən formalaşdırılmış mövcud beynəlxalq sistemin dalana dirənməsini hamımız yaxından izləyirik. İlk növbədə regionumuzda, eləcə də dünyanın müxtəlif yerlərində baş verən hadisələrə nəzər saldıqda, sistemin iflas həddinə çatdığı görünür.

Hazırda on milyonlarla insan müharibələrin, münaqişələrin, qeyri-sabitliyin, aclığın və yoxsulluğun məngənəsində həyata tutunmağa çalışır. Vəziyyət o həddə çatıb ki, zülm və şər adi hala çevrilərkən, sülhə və sağlam düşüncəyə çağırış edənlər azlıqda qalıb”, - Türkiyə lideri vurğulayıb.

BMT Təhlükəsizlik Şurası kimi özünü nüfuz sahibi hesab edən beynəlxalq təşkilatların etibarlılığının sorğulanmalı olduğunu bildirən Ərdoğan mətbuat azadlığı anlayışının ədalətsizliklərə etiraz edən ölkələrə qarşı təzyiq vasitəsi kimi istifadə edilməsini qəbul etmədiklərini bildirib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR