Logo

Gürcüstan Avropadan uzaqlaşır - Rusiyadan asılılıq artacaq

Gürcüstan Avropadan uzaqlaşır - Rusiyadan asılılıq artacaq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Avropa İttifaqı (Aİ) ilə Gürcüstan arasında münasibətlərdə gərginlik dərinləşir. Avropa Komissiyasının 2026-cı il genişlənmə hesabatında Gürcüstanın Aİ-yə üzvlük prosesinin faktiki olaraq dayandığı bildirilib. Sənəddə ölkədə demokratik institutların fəaliyyəti, hüququn aliliyi və fundamental azadlıqlarla bağlı ciddi problemlərə diqqət çəkilib.

Aİ-nin irəli sürdüyü şərtlərin yerinə yetirilməməsi Gürcüstanın Avropaya inteqrasiya perspektivlərini zəiflədərək Tbilisinin xarici siyasət kursu ətrafında yeni müzakirələrə yol açıb. Bu vəziyyət ölkənin Qərbdən uzaqlaşaraq Moskva ilə münasibətlərini yaxınlaşdırması ehtimalını da gündəmə gətirir.

Bəs Aİ Gürcüstanla bağlı təzyiq siyasətini həyata keçirərkən ölkənin Rusiyanın təsir dairəsinə düşməsi riskini nəzərə alırmı?

Mövzu ilə bağlı politoloq Murad Sadəddinov Sfera.az-a açıqlama verib.

Gürcüstan Avropadan uzaqlaşır - Rusiyadan asılılıq artacaq

O bildirib ki, Avropanın əsas məqsədi Gürcüstan hakimiyyətinə təsir göstərməkdir. Onun sözlərinə görə, Aİ bu addımları atarkən Gürcüstanın Rusiyanın təsirinə düşməsi ehtimalını ciddi risk kimi qiymətləndirmir:

“Avropanın əsas məqsədi Gürcüstan hakimiyyətinə təsir etməkdir. Onlar hesab edirlər ki, Gürcüstan Aİ-yə üzvlüklə bağlı sənədlərdə nəzərdə tutulan şərtləri yerinə yetirmir və öhdəliklərini pozur. Buna görə də Tbilisiyə təzyiqlər göstərirlər.

Lakin mən Gürcüstanın Rusiyanın təsiri altına düşməsi riskinin o qədər də böyük olduğunu düşünmürəm. Çünki gürcü xalqının Rusiyaya münasibəti kifayət qədər mənfidir. Rusiya Gürcüstan ərazilərini işğal edib, həmin regionları müstəqil dövlətlər kimi tanıyıb. Bu amil cəmiyyətdə Rusiyaya qarşı ciddi narazılıq formalaşdırıb.

Düzdür, Gürcüstana çoxsaylı rusiyalı turistlər gəlir, onların ölkədə qalması üçün müəyyən şərait yaradılır. Hətta hakimiyyətin Rusiyaya yaxınlaşmaq marağı olsa belə, hesab edirəm ki, əhalinin Rusiyaya qarşı mənfi münasibəti bu prosesin qarşısını alan əsas amillərdən biri olacaq”.

M.Sadəddinovun fikrincə, Gürcüstanın xarici siyasət istiqamətinə təsir edən əsas amillərdən biri də cəmiyyətin Rusiyaya münasibətidir.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR