Logo

Minskdə Rusiya-Gürcüstan buzları əriyəcək? - ŞƏRH

Minskdə Rusiya-Gürcüstan buzları əriyəcək? - ŞƏRH
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bu gün Minskdə Gürcüstan Baş nazirinin Rusiya ilə əlaqələr üzrə xüsusi nümayəndəsi, xarici işlər nazirinin birinci müavini Giorgi Zurabaşvili ilə Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin arasında ilk görüş keçiriləcək.

Minsk görüşü ilə tərəflər təxminən birillik fasilədən sonra bu formatda danışıqları bərpa edirlər. Abaşidze-Karasin formatı üzrə son görüş 2025-ci ilin dekabrında keçirilib.

Rusiya Xarici İşlər Nazirliyinin açıqlamasına görə, bu dəfə gündəliyə ticarət, turizm, nəqliyyat əlaqələri və mədəni mübadilənin genişləndirilməsi daxildir.

Bəs Minsk görüşü Tbilisi ilə Moskva arasında siyasi yaxınlaşmaya yol aça bilərmi? Danışıqların bərpası Abxaziya və Cənubi Osetiya məsələsində Gürcüstan üçün hansı imkanları yarada bilər?

Politoloq Turab Rzayev Sfera.az-a açıqlamasında deyib ki, Gürcüstanın indiki hakimiyyəti Rusiya ilə yaxınlaşma xətti yürüdür:

Minskdə Rusiya-Gürcüstan buzları əriyəcək? - ŞƏRH

“İrakli Kobaxidze açıq şəkildə bildirmişdi ki, Gürcüstan hakimiyyəti Qərbə inteqrasiyadan imtina edir. Hətta Avropa İttifaqına üzvlüyə namizədlik məsələsi də dondurulmuşdu. Bu, Rusiya üçün mühüm addım idi. Bundan sonra Rusiya ilə viza rejimi ləğv edildi. Bu addım da Gürcüstan hakimiyyətinin Rusiyaya münasibətini göstərir. Sərhədlər açıldı, Rusiya ilə gediş-gəliş və hava əlaqəsi bərpa olundu”.

O qeyd edib ki, həllini gözləyən problemlər də var: “Gürcüstanın ərazi bütövlüyü məsələsi hələ də açıq qalır. İndiki hakimiyyət hesab edir ki, bu məsələni müharibə və ya Rusiya ilə qarşıdurma yolu ilə həll etmək mümkün deyil. Əvvəlki hakimiyyət isə bu yolu sınayıb. Rusiyanın xarici işlər naziri Lavrov açıq şəkildə bildirib ki, Abxaziya və Cənubi Osetiyanın gələcəyi onların özündən asılıdır və Gürcüstan hökuməti birbaşa onlarla danışmalıdır. Gürcüstan Rusiya ilə yaxınlaşmağa çalışır və bunun müqabilində Rusiyanın Abxaziya və Cənubi Osetiyanı Gürcüstana qaytarmasını istəyir. Beləliklə, vəziyyət dalana dirənib”.

Politoloq Rusiya ilə yaxınlaşmanın Abxaziya məsələsində Gürcüstana kömək edəcəyini deməyin çətin olduğunu vurğulayıb:

“Gürcüstanın Qərblə əlaqələri zəifləyir. Bəzi Avropa ölkələri, xüsusilə Polşa və Baltikyanı ölkələr Gürcüstandan Rusiyaya qarşı sərt addımlar atmasını və Ukraynanın mövqeyini dəstəkləməsini gözləyirlər. Gürcüstan isə Rusiya ilə yaxınlaşma yolunu qəti şəkildə seçib. Bu yaxınlaşma Abxaziya məsələsində Gürcüstana kömək edəcəkmi? Bunu demək çətindir. Rusiya Gürcüstanın ona yaxınlaşmasını və Qərblə arasına məsafə qoymasını istəyir. Bunun müqabilində Rusiya, ən azı açıq şəkildə, heç bir vəd verməyib. Ola bilsin ki, qapalı görüşlərdə bu məsələ ilə bağlı nəsə deyilib. Faktiki olaraq, Gürcüstanın indiki siyasəti daha çox Rusiya ilə münasibətlərin normallaşmasına xidmət edir”.

Şahanə Ziyad

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR