Türkiyədə zəlzələ baş verdi
Kateqoriya məlum deyil
Egey dənizində 3,9 maqnitudalı zəlzələ qeydə alınıb.
Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Yeraltı təkanlar yerli vaxtla saat 04:16-da (Bakı vaxtı ilə 05:16-da) baş verib. Zəlzələnin İstanbul da daxil olmaqla, bir sıra iri şəhərlərdə hiss olunduğu bildirilir.
Məlumata görə,yeraltı təkanların episentri Türkiyənin Çanaqqala vilayətinin Ayvacık rayonundan 55 kilometr məsafədə yerləşib.
Zəlzələnin ocağı 9,29 kilometr dərinlikdə qeydə alınıb.






