Logo

Raket və PUA istehsalını yeraltı obyektlərə köçürmüşük - İran generalı

Raket və PUA istehsalını yeraltı obyektlərə köçürmüşük - İran generalı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) sözçüsü Hüseyn Mohebi İranın silah istehsalını və modernləşdirilməsini heç bir qüvvənin dayandıra bilməyəcəyini bildirib.

Sfera.az xəbər verir ki, bu barədə IRNA agentliyi generalın açıqlamasına istinadən məlumat yayıb.

Mohebi qeyd edib ki, İranın geniş coğrafiyası və çevik istehsal imkanları ölkəyə hərbi sənayeni inkişaf etdirməyə imkan verir.

Onun sözlərinə görə, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Aerokosmik Qüvvələri raket və pilotsuz uçuş aparatlarının istehsalını sürətlə yeraltı obyektlərə köçürüb. Nəticədə yeraltı raket istehsalı mərkəzləri yaradılıb.

O bildirib ki, bu imkanlar müharibə və bombardman şəraitində belə istehsalın davam etdirilməsinə şərait yaradır.

O əlavə edib ki, düşmən İranın raket ehtiyatlarını hesablayaraq onların tezliklə tükənəcəyini düşünürdü, lakin ölkənin istehsal imkanlarını nəzərə almayıb./Teleqraf

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR