Logo

Paşinyan: Yaxın vaxtlarda Türkiyə ilə diplomatik əlaqələr qurulacaq

Paşinyan: Yaxın vaxtlarda Türkiyə ilə diplomatik əlaqələr qurulacaq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan və Türkiyə arasında yaxın vaxtlarda diplomatik münasibətlərin qurulacağına əmin olduğunu bildirib.

Sfera.az Ermənistan mediasına istinadən xəbər verir ki, Paşinyan bu barədə “Ümumdünya Erməni Sammiti 2026” çərçivəsində iştirakçılardan birinin sualını cavablandırarkən danışıb.

Baş nazir qeyd edib ki, hazırda iki ölkə arasında diplomatik münasibətlər mövcud olmasa da, yaxın gələcəkdə bunun baş tutacağına inanır.

“Ermənistan və Türkiyə hələ diplomatik münasibətlər qurmayıblar. Lakin əminəm ki, yaxın vaxtlarda bu münasibətlər qarşılıqlı ərazi bütövlüyünün, suverenliyin və sərhədlərin tanınması əsasında qurulacaq. Düşünürəm ki, bu, qeydə almalı olduğumuz bir faktdır”, –deyə Paşinyan bildirib.

Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR