Məşhur sovet aktrisası vəfat etdi
Kateqoriya məlum deyil
Məşhur sovet və Rusiya aktrisası Lidiya Fedoseyeva-Şukşina 88 yaşında vəfat edib.
Sfera.az xəbər verir ki, Lidiya Fedoseyeva-Şukşina 1938-ci il sentyabrın 25-də Leninqradda anadan olub.
O, Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunu bitirib və karyerası ərzində onlarla filmdə rol alıb.
Aktrisa “Sverstnitsı”, “12 stul”, “Sən heç yuxuda da görməzdin...”, “Demidovlar”, “Vivat, qvardiyaçılar!” filmlərində və “Peterburq sirləri” serialında çəkilib.
Ona geniş şöhrət qazandıran ekran əsərləri həyat yoldaşı, yazıçı və rejissor Vasili Şukşinin filmləri — “Peçki-lavoçki” və “Kalina krasnaya” olub./APA
Açar sözlər:






