Logo

Türkiyədə ağır qəza: ölənlər var

Türkiyədə ağır qəza: ölənlər var
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Türkiyənin Van vilayətində mikroavtobusla TIR-ın toqquşması ağır nəticələrə səbəb olub.

Sfera.az xəbər verir ki, hadisə Van-Özalp avtomobil yolunda, Özalp və Saray rayonları arasındakı Mamedik ərazisində baş verib.

İlkin məlumata görə, qəza nəticəsində 7 nəfər həyatını itirib, daha 7 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə təcili tibbi yardım, polis, jandarma, AFAD, UMKE və yanğınsöndürənlər cəlb olunub. Yaralılar xəstəxanalara çatdırılıb.

Qəzanın hansı səbəbdən baş verdiyi araşdırılır. Hadisə ilə bağlı əlavə məlumatların açıqlanacağı gözlənilir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR