Azərbaycan-İran dövlət sərhədinin tam nəzarətə götürülməsindən 6 il ötür
Bu gün Azərbaycan-İran dövlət sərhədinin uzun illər işğal altında qalan 132 kilometrlik hissəsinin azad olunmasının altıncı ildönümüdür. Sfera.az xəbər verir ki, 2020-ci il oktyabrın 22-də Zəngilan rayonunun Ağbənd qəsəbəsinin azad edilməsi ilə Azərbaycan-İran dövlət sərhədinin tam nəzarətə götürülməsi təmin olunub. Həmin gün Azərbaycan Ordusu Ağbənd qəsəbəsi ilə yanaşı, Zəngilan rayonunun Kolluqışlaq, Malatkeşin, Kənd Zəngilan, Genlik, Vəliqulubəyli, Qaradərə, Çöpədərə, Tatar, Tiri, Əmirxanlı,