Dağın zirvəsində bıçaq kimi uzanan qeyri-adi villa – FOTOLAR
Dağların qoynunda, sıldırım qayalıqların üzərində yerləşən qeyri-adi villa konsepti sosial mediada böyük maraq doğurub.
Sfera.az bildirir ki, "Blade Mansion” adlandırılan layihə dağ silsiləsini xatırladan iti və incə memarlıq forması ilə diqqət çəkir. Konseptə əsasən, yaşayış sahəsi qarla örtülü qayalıqdan çıxaraq dərənin üzərində asılı vəziyyətdə təsəvvür edilib.
Layihənin interyerində tünd daş materiallardan və yumşaq işıqlandırmadan istifadə olunması nəzərdə tutulur. Villanın geniş şüşə səthləri isə dağ mənzərəsinin birbaşa yaşayış məkanına daxil olmasına imkan verir.
Konseptdə ən diqqətçəkən detallardan biri döşəməsi şüşədən olan sahələrdir. Bu hissələrdən aşağıda yerləşən uçurum və dağ mənzərəsini izləmək mümkündür.
Layihədə həmçinin üfüq xətti ilə birləşən hovuz və yataq otaqları nəzərdə tutulub. Yataq otaqlarından qarla örtülü dağ zirvələrinə panoramik mənzərənin açılması planlaşdırılır.
Qeyd edək ki, “Blade Mansion” hazırda konsept layihə kimi təqdim olunur. Sosial şəbəkələrdə yayılan görüntülər layihənin qeyri-adi memarlıq həllini əks etdirir.
Fatimə











