Logo

Zənginlər qızıllarını bu ölkəyə yığır

Zənginlər qızıllarını bu ölkəyə yığır
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Müharibələr, artan dövlət borcları və siyasi qeyri-müəyyənliklər varlı investorları sahib olduqları fiziki qızıllarını Sinqapurda saxlamağa sövq edir.

Sfera.az "Bloomberg"ə istindən xəbər verir ki, ABŞ, Avropa və Yaxın Şərqdən olan investorlar aktivlərini şaxələndirmək və təhlükəsiz saxlanc yeri tapmaq məqsədilə qızıl ehtiyatlarını bu ölkəyə daşıyırlar.

Qiymətli metallar sahəsində fəaliyyət göstərən "J. Rotbart & Co." şirkətinin hesablamalarına əsasən, Sinqapurdakı özəl qızıl ehtiyatları 2014-cü ildən bəri təxminən 16 dəfə artaraq ötən il 800 tonu ötüb. Bu artımın böyük hissəsi Avropadan gətirilən qızılın hesabına baş verib. Şirkət ehtiyatların bu il və gələn il də artacağını gözləyir.

"Silver Bullion" şirkətinin təsisçisi Qreqor Qreqersenin sahib olduğu altımərtəbəli, yüksək təhlükəsizlik sistemli anbar qlobal illik qızıl tədarükünün təxminən 10%-ni saxlamaq gücünə malikdir. Şirkətin məlumatlarına görə, müştərilərin qızıl aktivləri 2020-ci ilin əvvəlindən bəri üç dəfə artaraq sentyabrda 8,6 tona çatıb. Bu qızılın təxminən 90%-i xarici müştərilərə məxsusdur.

"J. Rotbart & Co." son bir ildə qərbli müştərilərdən gələn onlayn müraciətlərin sayı üç dəfə artdığını bildirdiyi halda, "Indigo Precious Metals" şirkəti də avropalı və amerikalı varlı investorların qızıla olan tələbatının təxminən 25% yüksəldiyini qeyd edib.

Sinqapur rəhbərliyi yaranan bu maraqdan istifadə edərək ölkəni Asiyanın əsas qızıl ticarəti mərkəzlərindən birinə çevirməyi hədəfləyir. Ölkə qızıl əməliyyatları üçün yeni infrastruktur və saxlanc xidmətləri inkişaf etdirərək Honkonqla rəqabət aparır.

Buna baxmayaraq, Sinqapura yönələn qızıl axını qlobal bazarın ümumi miqyası ilə müqayisədə hələ də kiçik qalır. Bununla belə, ölkənin qızıl idxalı avqust ayına olan məlumata görə illik müqayisədə 44% artaraq 171 tona çatıb.

Vasif

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR