Logo

Apple-dan yeni qərar: iPhone-un bu modelləri ABŞ-də istehsal olunacaq

Apple-dan yeni qərar: iPhone-un bu modelləri ABŞ-də istehsal olunacaq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Apple" ABŞ-də istehsal imkanlarını genişləndirmək üçün bir sıra yerli şirkətlərlə yeni müqavilələr bağlayıb və mövcud tərəfdaşlıqlarını artırıb.

Şirkətin məlumatına görə, "iPhone Duo" və "iPhone 18 Pro" modelləri üçün simsiz çiplərdən tutmuş kamera materiallarınadək təxminən 100 komponent ABŞ şirkətləri tərəfindən istehsal olunur.

Sfera.az xəbər verir ki, yeni razılaşmalar ABŞ-da yerli istehsalın inkişafını hədəfləyən "American Manufacturing Program" (AMP) proqramı çərçivəsində əldə edilib. Apple-ın təchizatçıları 12-dən çox ştatda fəaliyyət göstərir, şirkət isə ölkənin bütün 50 ştatındakı müəssisələrlə əməkdaşlıq edir.

"iPhone Duo" titan korpusa sahib olacaq

Apple ABŞ-nin Perryman Company şirkəti ilə əməkdaşlıq çərçivəsində iPhone Duo modelinin korpusu üçün 5-ci dərəcəli titan alacaq. Şirkət qarşıdakı üç il ərzində bu tərəfdaşlığa 100 milyon dollara qədər vəsait yatırmağı planlaşdırır.

Təchizatçı titan materialını əridəcək, döyəcək və yayacaq. İstifadə olunacaq titan ən azı 80 faiz təkrar emal edilmiş materialdan ibarət olacaq.

Apple, həmçinin Delaver ştatında yerləşən "Qnity Electronics" şirkəti ilə əməkdaşlığını genişləndirib. Şirkət iPhone 18 Pro-nun əsas kamerasında istifadə ediləcək xüsusi örtük materialları istehsal edəcək. Bu materiallar dəyişən diafraqmalı yeni kamera sisteminin işləməsi üçün nəzərdə tutulub.

Ekran şüşələri ABŞ-də istehsal ediləcək

Apple-ın uzunmüddətli tərəfdaşlarından biri olan Corning şirkəti Kentukki ştatındakı müəssisəsində xüsusi qoruyucu şüşələr, o cümlədən Ceramic Shield istehsal edir.

Şirkətin planına əsasən, 2026-cı ilin sonunadək dünya üzrə satılan iPhone və Apple Watch cihazlarının ekranlarında istifadə olunan qoruyucu şüşələrin hamısı bu müəssisədə istehsal edilməlidir.

Broadcom şirkəti isə Kolorado ştatının Fort Kollinz şəhərindəki müəssisəsini genişləndirir. İyulda elan edilən 1,5 milyard dollarlıq investisiya planı çərçivəsində Apple üçün ABŞ-də 15 milyarddan çox çip istehsalını nəzərdə tutan çoxillik razılaşma həyata keçirilir.

Çip istehsalı da genişləndirilir

Apple-ın digər tərəfdaşı TSMC bu il Arizona ştatındakı müəssisəsində şirkət üçün 100 milyondan çox mikrosxem istehsal etməyi planlaşdırır. Ştatda yeni istehsal kampusunun tikintisi də davam edir.

Amkor şirkəti isə Arizona ştatının Peoria şəhərində yarımkeçiricilərin qablaşdırılması və sınaqdan keçirilməsi müəssisəsinin tikintisini davam etdirir. Apple həmin zavodun ilk müştərilərindən biri olacaq.

Bundan başqa, Texas ştatında fəaliyyət göstərən Coherent şirkəti Face ID texnologiyasında və digər funksiyalarda istifadə olunan lazer komponentləri tədarük edir. Bu komponentlər "iPhone 18 Pro" və "iPhone 18 Pro Max" modellərinin yenilənmiş "Dynamic Island" sistemində də istifadə olunacaq.

Apple ABŞ-yə 600 milyard dollar yatıracaq

"American Manufacturing Program" 2025-ci ilin avqustunda təqdim edilib və Apple-ın dörd il ərzində ABŞ istehsalına 600 milyard dollar yatırmaq planının bir hissəsidir.

Şirkətin açıqlamasına görə, onun ABŞ-dəki fəaliyyəti 450 mindən çox iş yerini dəstəkləyir. Apple, həmçinin birbaşa təchizatçılarından 2030-cu ilin sonunadək şirkət üçün nəzərdə tutulan istehsalı bərpaolunan enerji mənbələrinə keçirməyi tələb edir.

Fatimə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR