Qırğızıstanda Azərbaycan ədəbiyyatı guşəsi açılıb - FOTOLAR
Qırğızıstanda Azərbaycan mədəniyyəti günləri çərçivəsində tədbirlər davam edir. Sfera.az xəbər verir ki, aprelin 22-də paytaxt Bişkekdə, Qırğızıstan Respublikasının Milli Akademik Kitabxanasında Azərbaycan Ədəbiyyatı Guşəsinin açılışı olub. Açılış mərasimində Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, TÜRKSOY-un baş katibi Sultan Raev, Qırğızıstanın mədəniyyət, informasiya, idman və gənclər siyasəti nazirinin müavini Gülbara Abdıkalıkova, Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov,