"Rusiyada çinlilər PUA istehsal edir" - Zelenskidən yeni iddia

Ukrayna Prezidenti Volodimir Zelenski Çin vətəndaşlarının Rusiyadakı hərbi zavodlarda pilotsuz uçuş aparatları (PUA) istehsalına cəlb edildiyini iddia edib. Prezidentin sözlərinə görə, bu şəxslər Rusiya tərəfində aktiv şəkildə hərbi istehsalda iştirak edirlər.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Zelenski bildirib ki, Ukrayna Təhlükəsizlik Xidmətinə Çin vətəndaşlarının fəaliyyətləri barədə daha ətraflı məlumatı Çin tərəfinə təqdim etməyi tapşırıb.
Ukrayna Xarici İşlər Nazirliyi məsələ ilə bağlı Çin səfirini nazirliyə çağıraraq izahat tələb edib. Nazirlik Çinə məxsus texnologiyaların Rusiya tərəfindən icazəsiz şəkildə istifadə edildiyindən narahat olduğunu açıqlayıb.
Bundan əlavə, Ukrayna ordusu son həftələrdə Çinli hərbçilərlə sərhəd bölgəsində qarşılaşıb və iki əsgəri əsir götürüb. Onlar ictimaiyyətə təqdim olunaraq mətbuat konfransında dindirilib.
Zelenski həmçinin Ukrayna kəşfiyyatının Rusiyaya barıt və artilleriya daxil olmaqla Çin silahlarının tədarükünü qeydə aldığını bildirib. Onun iddiasına görə, hal-hazırda Rusiyada azı 155 Çin vətəndaşı müxtəlif hərbi fəaliyyətlərdə iştirak edir.
Çin hökuməti isə Rusiyaya hərbi dəstəyin verilməsi və ya müharibəyə tərəf olması haqqında iddiaları təkzib edib.
Bəsti Rəfizadə