Maykl Duqlas və Ketrin Zeta-Cons boşanır - 25 ildən sonra

Maykl Duqlas və Ketrin Zeta-Cons boşanır - 25 ildən sonra

80 yaşlı amerikalı aktyor Maykl Duqlas 25 illik evlilikdən sonra 55 yaşlı britaniyalı aktrisa Ketrin Zeta-Consdan boşanır.
 

Sfera.az xəbər verir ki, jurnalistlər Hollivudun ən güclü cütlüklərindən birinin həyat tərzi fərqliliyinə görə yeni ailə statusu almağa hazırlaşdığını bildiriblər. Duqlas daha rahat bir həyat sürür, yaşca kiçik həyat yolddaşı isə daha aktiv tempdə yaşamaq istəyir.
 

Bir növ britaniyalı aktrisa Duqlas üçün həyat yoldaşı olmaqdan daha çox baxıcıya çevrilib və bundan çox məyus olub.
 

Ketrin son vaxtlar özünü çox yorğun hiss edirdi. Karyerasının tənəzzülə uğradığını, 25 il evli olduğu ərinə olan hisslərinin getdikcə azaldığını deyirlər.


"Ketrin dünyanı gəzmək, qolf oynamaq, filmlər çəkmək və maraqlı insanlarla işləmək istəyir, Maykl isə onunla ayaqlaşa bilmir. Əvəzində evdə oturub dünyanın vəziyyətindən narahatdır. Bu, onlar üçün sadəcə acınacaqlı vəziyyətdir" - deyə cütlüyə yaxın mənbə bildirib.



 

Üstəlik, cütlüyün övladları, 24 yaşlı Dilan və 21 yaşlı Carys böyüdükləri üçün ailə əmlakını satışa çıxarır. 2018-ci ildə ulduz cütlük onilliklər ərzində sahib olduqları Bermud kompleksini 10,6 milyon dollara satmaq qərarına gəlib. Üç il sonra Ketrin və Maykl Nyu Yorkdakı “Central Park West”dəki penthauslarını 21,5 milyon dollara satışaq salaalaü, lakin sonradan qərarlarını dəyişiblər.


“Maykl əvvəlki kimi sürətli və çevik deyil və bu, Ketrin üçün problem olub", - insayder əlavə edib.
 

Hələlik cütlük internetdə yayılan şayiələrə münasibət bildirməyib.


Cütlüyün Sevgi Hekayəsi

 


 

Ketrin və Maykl ilk dəfə 1998-ci ildə Dovil Film Festivalında tanış oldular, burada aktyor Qvinet Peltrou ilə “Mükəmməl qətl” filmini, Zeta-Cons isə Antonio Banderas ilə “Zorro maskası” filminin reklamını aparırdı.
 

Görüşdən az sonra Duqlas gələcək həyat yoldaşına uşaqlarının atası olmaq istədiyini bildirib. Cütlük 2000-ci ildə Nyu Yorkda evləniblər.
 

Ulduz cütlüyün iki övladı var: 24 yaşlı oğlu Dilan və 21 yaşlı qızı Keris. Maykl Duqlasın Diandra Lukerlə əvvəlki evliliyindən isə 45 yaşlı Kemeron adlı oğlu da var.


OXŞAR XƏBƏRLƏR

Şimpanzelər "barda" spirtli içki qəbul edərkən lentə alınıb: Özlərini insan kimi aparırlar

Qvineya-Bisaudakı Cantanes Milli Parkında çox gülməli hadisə qeydə alınıb. Belə ki, vəhşi şimpanzelər içki masasında görülüblər.   Tədqiqatçılar "...

Ürək və öpüş emojiləri cinsi qısnama hesab olunur - Məhkəmə cərimə yazdı

Hadisə Türkiyənin Diyarbəkir şəhərində baş verib. Adı açıqlanmayan şəxs cinsi qısnama törətdiyinə görə cərimələnib.   Sfera.az bildirir ki, 69 yaşlı H....

Qədim heykəllərin başsız olmasının maraqlı səbəbləri - FOTO

Muzeyləri gəzəndə görürsən ki, o möhtəşəm heykəllərin əksəriyyətinin başları yoxdur. Əksəriyyətimiz bunun müharibələr və ya təbii fəlakətlərlə əlaqəli olduğunu ...

Bəzi insanların qulağında nazik xətt nəyin göstəricisidir?

Hər bir insan ayrı bir dünyadır. Bədənlərimiz bir-birindən fərqli izlər daşıyır. Barmaqlarımız, gözümüz, ayağımız, qulağımız... Məsələn, bəzi insanların qulaqla...

Hacı Məmmədovun 105 illiyi qeyd olunacaq

Mayın 14-də Beynəlxalq Muğam Mərkəzində görkəmli tarzən, Xalq artisti Hacı Məmmədovun 105 illiyi münasibətilə xatirə gecəsi keçiriləcək.   Sfera.az x...

Evlərin qiymətləri ucuzlaşacaq – SƏBƏB

“Yaxın gələcəkdə əmlak bazarındakı satış qiymətlərində enmələr qaçılmaz olacaq”.   Sfera.az xəbər verir ki, bu sözləri Baku TV-yə əmlak e...