Kadırov oğluna daha bir yüksək vəzifə verdi

Dünya
10:22 / 23.04.2025
1087
Çeçenistan lideri Ramzan Kadırovun oğlu 17 yaşlı Adam Kadırova yeni yüksək vəzifə verilib, o, respublikanın Təhlükəsizlik Şurasının katibi olub.
Sfera.az xəbər verir ki, yerli media məlumat yayıb.
Əvvəllər Təhlükəsizlik Şurasının katibi vəzifəsini respublika başçısının qardaşı oğlu Həmzət Kadırov tutub.
Qurum dəyişikliklə bağlı hələlik rəsmi açıqlama verməyib. Çeçenistan Təhlükəsizlik Şurasının saytında hələ də H. Kadırov katib kimi göstərilir.