Türkiyədə DƏHŞƏTLİ QƏZA: Ölənlər və yaralananlar var

Dünya
21:52 / 22.04.2025
3132
Türkiyənin Van şəhərində ağır yol qəzası baş verib.
Sfera.az “Haber Global”a istinadən xəbər verir ki, hadisə Gürpınar rayonunda qeydə alınıb.
Qəza nəticəsində yeddi nəfər ölüb, 12 nəfər yaralanıb.
Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Məlumata görə, yaralananlardan dördünün durumu ağırdır.
Qəza yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.
Hadisə ilə bağlı araşdırma başlanılıb.