Məkkəyə viza olmadan giriş qadağan edildi
Kateqoriya məlum deyil
T
Səudiyyə Ərəbistanı yeni qaydalar tətbiq edərək, bu gündən etibarən Həcc vizası, etibarlı iş icazəsi və ya Məkkə şəhərindən verilmiş yaşayış icazəsi olmayan əcnəbilərin Məkkəyə girişini qadağan edib.
Sfera.az "Sözcü"yə istinadən xəbər verir ki, bu addım Məkkəyə giriş-çıxışların daha effektiv şəkildə tənzimlənməsi, yalnız rəsmi icazəsi olan şəxslərin şəhərdə olmasının təmin edilməsi və həcc ziyarətçilərinin təhlükəsizliyinin qorunması məqsədilə atılıb.
Yeni qaydalar Həcc mövsümünün yaxınlaşdığı bir dövrdə qüvvəyə minib və yalnız müvafiq sənədlərə malik şəxslərin şəhərə daxil olmasına imkan yaradacaq.
Bəsti Rəfizadə






