Medvedev iki ölkəni nüvə silahı ilə hədələdi - "Onlar Rusiya üçün hədəflərdir”
Rusiya Federasiyasının sabiq prezidenti və Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev NATO-nun genişlənməsi ilə bağlı sərt açıqlama verib. O, bildirib ki, Alyansa yeni qoşulan ölkələr, xüsusilə İsveç və Finlandiya Moskva üçün potensial nüvə hədəflərinə çevrilib. Sfera.az "Sözcü"yə istinadən xəbər verir ki, Medvedevin sözlərinə görə, Qərbin “güc yolu ilə sülh” siyasətinə qarşı Rusiyanın cavabı yalnız “qorxu yolu ilə sülh” ola bilər. O, birbaşa şəkildə qeyd edib ki, münaqişə halında bu