Medvedev iki ölkəni nüvə silahı ilə hədələdi - "Onlar Rusiya üçün hədəflərdir”

Rusiya Federasiyasının sabiq prezidenti və Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev NATO-nun genişlənməsi ilə bağlı sərt açıqlama verib. O, bildirib ki, Alyansa yeni qoşulan ölkələr, xüsusilə İsveç və Finlandiya Moskva üçün potensial nüvə hədəflərinə çevrilib.
Sfera.az "Sözcü"yə istinadən xəbər verir ki, Medvedevin sözlərinə görə, Qərbin “güc yolu ilə sülh” siyasətinə qarşı Rusiyanın cavabı yalnız “qorxu yolu ilə sülh” ola bilər.
O, birbaşa şəkildə qeyd edib ki, münaqişə halında bu ölkələrə qarşı nüvə silahı ilə cavab verilə bilər.
Siyasi müşahidəçilər Medvedevin bu bəyanatlarının İsveç və Finlandiyaya yönəldiyini iddia edirlər. Adıçəkilən ölkələr NATO-nun yeni üzvləridir. Hər iki Skandinaviya dövləti Rusiya-Ukrayna müharibəsindən sonra öz təhlükəsizliklərini təmin etmək məqsədilə NATO-ya üzv olmaq qərarına gəlib.
Medvedevin açıqlamaları beynəlxalq ictimaiyyətdə ciddi narahatlıq doğurub və Qərb ölkələrinin rəsmi dairələrində geniş rezonansa səbəb olub.
Bəsti Rəfizadə
Sfera.az