Belçikada əhali tətil edir - Həyat iflic oldu

Belçikada əhali tətil edir - Həyat iflic oldu

Belçikada hökumətin büdcə xərclərini azaltmaq məqsədilə planlaşdırdığı islahatlara qarşı ölkə üzrə genişmiqyaslı birgünlük tətil keçirilib. Tətil nəticəsində hava nəqliyyatı, ictimai nəqliyyat və bir sıra dövlət xidmətləri tamamilə iflic olub.

 

Sfera.az "NTV"yə istinadən xəbər verir ki, xristian və sosialist həmkarlar ittifaqlarının çağırışı ilə keçirilən tətilə həm dövlət, həm də özəl sektordan on minlərlə işçi qatılıb.

 

Onlar hökumətin işsizlik və pensiya xərclərində ixtisar, sosial proqramların azaldılması və əmək hüquqlarına yönəlmiş digər qənaət tədbirlərinə qarşı çıxıblar.
Hava limanlarında təhlükəsizlik və baqaj xidməti işçilərinin tətilə çıxması səbəbindən gedən bütün uçuşlar ləğv olunub, yalnız gələn uçuşlara icazə verilib. Dəmiryolu və ictimai nəqliyyat sahəsində də ciddi pozuntular yaşanıb. Ölkə üzrə qatar reyslərinin əksəriyyəti ləğv olunub, Brüsseldə metro, avtobus və tramvay xətləri fəaliyyətini dayandırıb.


Eyni zamanda Anver limanında və bir sıra bələdiyyə xidmətlərində də fəaliyyət dayanıb. Poçt xidmətlərində çatdırılmalar həyata keçirilməyib.


Həmkarlar ittifaqları hökumətin sosial xərcləri azaltmaq siyasətini “işçi hüquqlarına birbaşa zərbə” kimi dəyərləndirir. Bu, cari il ərzində hökumətə qarşı keçirilən dördüncü kütləvi etiraz aksiyasıdır. Növbəti tətil aksiyalarının 27 iyun və 22 sentyabr tarixlərində keçirilməsi planlaşdırılır.


Qeyd edək ki, hökumətin yeni proqramına əsasən, işsizlik müavinətinin müddəti azaldılacaq, pensiyaya çıxma şərtləri sərtləşdiriləcək, əməkhaqlarının inflyasiyaya uyğun avtomatik artırılmasına dair sistem yenilənəcək və uzunmüddətli xəstəliklər üzrə dəstək proqramları məhdudlaşdırılacaq.


Bəsti Rəfizadə
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Leyla və Arzu Əliyevalar rəsmi açılışda- FOTOLAR

Aprelin 29-da Bakıda “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində ICESCO-nun Azərbaycanda yeni istifadəyə verilmiş regional ofisinin rəsmi a...

Saatlıq iş rejiminə keçid maaşlara təsir edəcək? - VİDEO

Növbəti illərdə Azərbaycanda saatlıq əməkhaqqı sisteminə keçid gözlənilir. Bununla bağlı Əmək Məcəlləsində dəyşiklik üçün təkliflər hazırlanıb.   Sfe...

Zərərçəkmiş: "Üzərimizə qumbara atdılar, 14 hərbçimiz şəhid oldu"

Azərbaycan Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri...

Lavrov: Rusiya Ukrayna ilə birbaşa danışıqların tərəfdarıdır

Rusiya Ukrayna ilə ilkin şərt olmadan birbaşa danışıqlara başlamağın tərəfdarıdır.   Sfera.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri...

Bu rayonunun bir neçə kəndində qaz olmayacaq

Naxçıvanın Babək rayonunun bir neçə kəndində müvəqqəti qaz olmayacaq.   Sfera.az-ın məlumatına görə, qazın verilməsində fasilənin yaranmasına səbəb 1...

Ceyhun Bayramov Küveytə getdi

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Küveyt Dövlətinə rəsmi səfərə yola düşüb.   Sfera.az xəbər verir ki, bununla bağlı Azərbaycan Xar...