Tramp Kanadadakı seçkilərə təsir etdi

Tramp Kanadadakı seçkilərə təsir etdi

Kanadada keçirilən parament seçkilərində hakimiyyətdəki liberallar təkrar qalib gəlib.

 

İlkin məlumata görə, Liberal Partiya parlamentdə təkbaşına çoxluq əldə edə bilməsə də, mühafizəkarlardan daha çox yer qazanıb.

 

Məlumata əsasən, liberallar 343 seçki dairəsindən 156-da qalib gəlib. Statistikaya görə, Liberal Partiyası 50%-dən çox səs toplayıb, Mühafizəkarlar Partiyası 38,6% səs payı ilə ikinci yerdədir. Yeni hökuməti Trüdonun istefasından sonra mart ayında liberalların lideri və baş nazir olan Mark Karni formalaşdıracaq. 

 

Sfera.az xəbər verir ki, siyasi şərhçi Şahin Cəfərli liberalların qələbəsində ABŞ Prezidenti Donald Trampın həlledici rolu olduğunu deyib.

 

Onun sözlərinə görə, liberallar iki ay əvvələ qədər rəy sorğularında mühafizəkarlardan böyük fərqlə (azı 20%) geri qalırdı:

 

“Trampın yüksək rüsumlarla Kanada iqtisadiyyatını sarsıtmaq və onu ilhaq etmək niyyəti əhalinin əks reaksiyasına səbəb oldu. Xalq ölkənin müstəqilliyinə, suverenliyinə, milli identikliyə təhlükə hiss etdi və M.Karni liderliyindəki liberalların xarici təhdid qarşısında milli maraqları daha yaxşı qoruyacağını düşünərək ardıcıl 4-cü dəfə hakimiyyəti onlara etibar etdi”. 

 

Ş.Cəfərlinin fikrincə, nəticələr mühafizəkarlar üçün böyük fiaskodur:

 

“Həm də ona görə ki, Mühafizəkar Partiyanın lideri Pyer Pualyevr şəxsən özü millət vəkili seçilə bilmədi. P.Pualyevr Ottavanın Karlton seçki dairəsində liberal rəqibinə uduzdu. Xalq son aylara qədər Trampın tərzini və xəttini təkrarlayan, sonra ictimai rəyin dəyişdiyini görərək mövqeyini də buna uyğun dəyişən Pualyevrin bu xətasını əfv etmədi. Onun partiya liderliyindən istefa verəcəyi gözlənilir”.

 

Firuzə Əliyeva

Sfera.az

 

 


OXŞAR XƏBƏRLƏR

İftixar Qurbanov işdən çıxarıldı, yerinə tanınmış həkim təyin edildi

Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin rəis müavini, tibb xidməti polkovniki İftixar Qurbanov vəzifəsindən azad edilib.   Sfera.az-ın məlumatına gö...

“Deyir, nazirlər sənə pul verib, onları xərcləmisən”- Oğlu Dilqəm Əsgərovdan imtina edib

Keçmiş əsir Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov atasından imtina edib.   Sfera.az xəbər verir ki, o, bu haqda Moderator.az-a açıqlamasında bi...

PA-nın iyul ayı üçün qəbul cədvəli AÇIQLANDI

Azərbaycan Prezidenti Administrasiyasının (PA) Vətəndaş Qəbulu Mərkəzində 2025-ci ilin iyul ayında vətəndaşların qəbulu cədvəli açıqlanıb.   Sfera.az...

İyun ayının pensiya ödənişi barədə SON MƏLUMAT

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu respublika üzrə iyun ayının pensiya ödənişini yekunlaşdırıb.   ...

Baku ID 2025 yekunlaşdı- Bakı iki gün ərzində regional innovasiya mərkəzinə çevrildi

19–20 iyun tarixlərində Bakıda keçirilən Baku ID 2025 innovasiya festivalı uğurla başa çatdı.   “Qafqazinfo” xəbər verir ...

Bakı-Ağstafa-Bakı xəttinə əlavə qatar reysləri təyin edildi

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) Bakı-Ağstafa-Bakı marşrutuna artan sərnişin tələbatını təmin etmək məqsədilə bu xətt üzrə əlavə qatar reysləri tə...