Paşinyan Ərdoğanı İrəvana dəvət etdiyini TƏSDİQLƏDİ
Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, o, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı Avropa Siyasi İcmasının sammitinə qatılmaq üçün İrəvana dəvət edib. Sfera.az xəbər verir ki, bu barədə erməni KİV-ləri yazıb. Hökumət başçısı ümid etdiyini bildirib ki, bu dəvət qəbul olunacaq. Paşinyan xatırladıb ki, son illərdə Ərdoğanla kifayət qədər tez-tez görüşür: “Bundan başqa, mən iki dəfə Türkiyədə olmuşam, o cümlədən bir dəfə işgüzar səfərlə,” – deyə o, qeyd edib. Onun fikrincə, İrəvanla