Van Dammla birgə FOTOsunu paylaşdı

Krivoy Roqdan olan Alyona Kaverina və 1990-cı illərin məşhur döyüş filmi ulduzu Jan-Klod Van Damm 2009-cu ildən münasibətdə olsalar da, bu illər ərzində əlaqələrini gizli saxlayıblar.
Sfera.az xəbər verir ki, Alyona aktyorla ilk fotosunu Van Dammın 18 oktyabrda qeyd etdiyi ad günündən sonra paylaşaraq yazıb: “Ad günün mübarək, ən yaxşı dostum. Sən dünyanın ən yaxşısısan. Bütün arzuların gerçəkləşsin".
İzləyicilər bunun cütlüyün ilk birgə fotosu olduğunu bildiriblər.
Qeyd edək ki, beş dəfə evlənən Van Damm hazırda Taylandda yaşayır. Aktyor 2009-cu ildə Alyona ilə Taylandda tanış olub, 2012-ci ildə isə onunla Ukraynada görüşüb və birgə tədbirlərdə iştirak edib.
Şayiələrə görə, Van Damm son illər sevgilisini Honkonqa köçürüb. Cütlük tez-tez müxtəlif ölkələri birlikdə gəzib, Alyona isə onu “Xərclənənlər 2” filminin çəkilişləri zamanı da müşayiət edib.
Aynil






