"Altın Kelebek” LƏĞV EDİLDİ

"Altın Kelebek" LƏĞV EDİLDİ
Kateqoriya məlum deyil
T

Bu il 7 dekabr tarixində keçirilməsi planlaşdırılan “Pantene Altın Kelebek” mükafat mərasimi gözlənilmədən ləğv edilib.

 

Sfera.az xəbər verir ki, bu barədə Türkiyədə fəaliyyət göstərən jurnalist Nurlan Zaliyev məlumat yayıb.

 

Məlumata görə, illərdir Türkiyə televiziya və musiqi dünyasının ən nüfuzlu tədbirlərindən biri hesab edilən bu mərasimin ləğv edilməsinə əsas səbəb sponsor dəstəyinin geri çəkilməsi və yaranan maliyyə çətinlikləridir.

 

Yarım əsrdir sənət aləminin nəbzini tutan “Altın Kelebek”in bu il baş tutmaması sənət dünyasında və tamaşaçılar arasında böyük təəccüb doğurub. Mərasimin gələn il keçirilib-keçirilməyəcəyi isə hələlik bilinmir.

 

Qeyd edək ki, “Altın Kelebek” mükafatlandırma mərasimində illərdir Azərbaycanlı sənətçilər də iştirak ediblər.

 

Aynur

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR