31 yaşlı bloger oteldə ÖLÜ TAPILDI

31 yaşlı bloger oteldə ÖLÜ TAPILDI
Kateqoriya məlum deyil
T

Tayvanlı bloger və sosial media fenomeni İris Hsieh Yu-hsin Malayziyanın Kuala Lumpur şəhərindəki otelin tualetində ölü tapılıb. 

 

Sfera.az xəbər verir ki, “İnstaqram”da 546 min izləyicisi olan 31 yaşlı blogerin ölümü ilə bağlı istintaq başlanıb. İlkin mərhələdə hadisə qəfil ölüm kimi qiymətləndirilsə də, hazırda polis qətl ehtimalını araşdırır.

 

Məlumata görə, Hsieh son dəfə 42 yaşlı malayziyalı reper Namevee (əsl adı Wee Meng Chee) ilə birlikdə görülüb. O, hadisə zamanı blogerlə eyni otaqda olub. Namevee daha əvvəl qanunsuz narkotik istifadəsi və adam oğurluğu ittihamları ilə saxlanılıb, lakin 24 oktyabrda Jalan Duta məhkəməsində bəraət alaraq azadlığa buraxılıb.

 

Malayziyada tabu mövzularına toxunan musiqiləri və videoları ilə tanınan reper hadisə günü polislər tərəfindən yenidən saxlanılıb. Hüquq-mühafizə orqanları onun üzərindən ekstaz olduğu düşünülən həblər aşkarlayıb. Test nəticələri də Nameweenin qanında narkotik maddələrin izlərini göstərib.

 

O, daha sonra sərbəst buraxılsa da, narkotik istifadəsini qəti şəkildə inkar edib. Reper Hsiehin ölümünə görə dərin kədərini ifadə edib və təcili yardımın hadisə yerinə təxminən bir saat gecikdiyini bildirib. Onun sözlərinə görə, həqiqət polis hesabatı dərc olunandan sonra üzə çıxacaq.

 

Faktla bağlı araşdırma aparılır.

 

Aynil

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR