Tramp keçmiş gəlinini Yunanıstana səfir göndərdi

Kateqoriya məlum deyil
T
ABŞ-ın keçmiş prezidenti Donald Trampın keçmiş gəlini, Kaliforniyanın sabiq prokuroru və “Fox News” telekanalının aparıcısı Kimberli Qilfoyl Yunanıstana səfir təyin edilib.
Sfera.az xəbər verir ki, Qilfoyl Yunanıstandakı ilk qadın ABŞ səfiri kimi rəsmi olaraq and içib.
56 yaşlı diplomat 29 sentyabrda Vaşinqtonda keçirilən mərasimdə and içdikdən sonra diplomatik etimadnaməsini Yunanıstan prezidenti Konstantin Tassulasa təqdim edib.
Kimberli Qilfoyl bir vaxtlar Donald Trampın oğlu ilə nişanlı olub. Onun səfir təyinatı ABŞ-ın Yunanıstan liman infrastrukturu vasitəsilə Şərqi Avropaya mayeləşdirilmiş təbii qaz ixracını artırmaq istədiyi bir dövrə təsadüf edir.
Aynur






