Dünyanın ən seksual kişisi SEÇİLDİ

Kateqoriya məlum deyil
T
Britaniyalı aktyor Conatan Beyli “People” jurnalının versiyasına görə 2025-ci ilin “Dünyanın ən seksual kişisi” elan edilib.
Sfera.az xəbər verir ki, 37 yaşlı aktyor xarizması, yumoru və cazibədar görünüşü ilə həm Hollivudda, həm də bütün dünyada böyük rəğbət qazanıb. “People” jurnalı onu “səhnələri və ürəkləri eyni anda ələ keçirən müasir kino ulduzu” adlandırıb.
London sahillərində keçirilən fotosessiyada Beyli özü soyuq suya girməyi təklif edib və bu addımı onun təbii və cəsarətli xarakterini bir daha göstərib. O, şöhrətin ona təsir etmədiyini və özünü hər zaman sadə saxlamağa çalışdığını bildirib:
“Mən tez-tez özümü bir az narahat hiss edirəm, amma düşünürəm ki, bu, mənim təbii halımdır”, – deyə aktyor etiraf edib.
Aynil






