Dəhşətli qəzadan sağ qalan DANIŞDI: "Mənim üçün bu, möcüzə deyil"

Dəhşətli qəzadan sağ qalan DANIŞDI: "Mənim üçün bu, möcüzə deyil"
Kateqoriya məlum deyil
T

241 nəfərin həyatına son qoyan dəhşətli təyyarə qəzasından sağ çıxan yeganə şəxs aylar sonra sükutunu pozub.

 

Sfera.az bildirir ki, həmin qəzada qardaşını itirən Vişvaşkumar Rameş, yaşadığı travmadan və qəza sonrası həyatında baş verən dərin dəyişikliklərdən danışıb. O, hər gün həm fiziki, həm də zehni ağrılarla mübarizə apardığını bildirib.

 

Sfera.az xəbər verir ki, 12 iyun tarixində Əhmədabaddan havaya qalxdıqdan bir neçə dəqiqə sonra qəzaya uğrayan “Air India”nın 171 nömrəli reysi 241 nəfəri daşıyırdı. Təyyarə B.J. Tibb Kollecinin binasına çırpılaraq böyük faciəyə səbəb olub. Qəza nəticəsində həm təyyarədəki sərnişinlər, həm də yerdə olan 19 nəfər həlak olub.

 

Fəlakətdən möcüzə nəticəsində sağ çıxan yeganə şəxs Vişvaşkumar Rameş olub. O, dağıntılar altından qan içində və yalnız bir ayaqqabı ilə xilas edilib, lakin qardaşı Ajayı itirib.

 

KİV-ə danışan Rameş yaşadıqlarını bu sözlərlə ifadə edib: “Həyatım tamamilə dəyişib. Hər gün ağrı içindəyəm. Ailəm dağılıb, heç kimlə danışmıram. Günlərlə otağımda tək otururam".

 

Dörd yaşlı oğlu olduğunu deyən Rameş, onunla əvvəlki kimi ünsiyyət qura bilmədiyini etiraf edib: “Oğlum mənimlə vaxt keçirmək istəyir, amma mən buna güc tapa bilmirəm. Mənəvi cəhətdən tamamilə tükənmişəm”.

 

Ona “Möcüzə nəticəsində sağ qaldın” deyildikdə isə, Rameş bu fikrə belə cavab verib: “Bəli, sağ qaldım, amma eyni təyyarədə qardaşımı itirdim. Mənim üçün bu, möcüzə deyil".

 

Bu faciə Hindistan aviasiya tarixinin ən acı səhifələrindən biri kimi yadda qalıb. Vişvaşkumar Rameşin hekayəsi isə sağ qalmağın bəzən ən ağır sınaq olduğunu bir daha xatırladır.

 

Aynil

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR