Türkiyənin səhiyyə naziri bütün orqanlarını bağışlayacaq

Kateqoriya məlum deyil
T
Türkiyənin səhiyyə naziri Kamal Memişoğlu bütün orqanlarını bağışlayacağını bəyan edib.
Sfera.az xəbər verir ki, nazir bu barədə Ankarada, Bilkent Şəhər Xəstəxanasının inzibati binasında Orqan Donorluğu Həftəsi çərçivəsində keçirilən tədbirdə çıxışı zamanı məlumat verib.
“Bu, təkcə xeyirxahlıq deyil, həm də bir insana həyat bəxş etməkdir”, – K. Memişoğlu deyib.
Nazirin qərarı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bəzi istifadəçilər bu addımı vətəndaş məsuliyyətinin nümunəsi kimi qiymətləndirib, digərləri isə belə bir qərarın İslam qaydalarına uyğunluğu ilə bağlı fikir ayrılığına düşüblər.
Aynur






