Logo

Qlobal standartları bu ölkələr müəyyən edəcək - Diplomatdan xəbərdarlıq

Qlobal standartları bu ölkələr müəyyən edəcək - Diplomatdan xəbərdarlıq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Birləşmiş Ştatlar BMT-nin fəaliyyətində fəal iştirak etməlidir, əks halda qlobal standartlar Moskvada, Pekində və ya Brüsseldə müəyyən ediləcək.

Sfera.az xəbər verir ki, bu fikri ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Mayk Vals “Breitbart News”a müsahibəsində bildirib.

“Əgər biz BMT-də olmasaq, Çin, Rusiya, Avropa və başqaları bizə təsir edən standartlar təyin edəcəklər”, – deyə Vals qeyd edib.

Onun sözlərinə görə, Vaşinqton “America First” prinsipləri əsasında öz şirkətlərinin maraqlarını qorumaq üçün mümkün olan hər şeyi etməlidir.

Diplomat həmçinin xatırladıb ki, Donald Tramp administrasiyası BMT-də islahatlar gözlədiyinə görə təşkilata maliyyə ödənişlərini dayandırmışdı. Valsın sözlərinə görə, ABŞ-nin təzyiqindən sonra BMT-nin Baş katibi Antonio Quterres təşkilatın büdcəsini 15 faiz azaltmağa razılaşıb. Bu qərar nəticəsində BMT-nin işçi heyətinin 18 faiz, sülhməramlı qüvvələrin isə 25 faiz azaldıldığı bildirilib.

Niyaz Hacıyev
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR