Putin elan etdi: Yeni nəsil silahlar üzərində iş gedir

Kateqoriya məlum deyil
T
Rusiyada yeni nəsil nüvə mühərrikli qanadlı raketlər üzərində iş aparılır.
Sfera.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin deyib.
Putin qeyd edib ki, “Burevestnik” raketində istifadə olunan yüksək güclü, kiçik ölçülü nüvə reaktorları saniyələr ərzində aktivləşir, halbuki adi reaktorların işə düşməsi saatlar, bəzən sutkalar tələb edir. Onun sözlərinə görə, bu tip enerji qurğularından istifadə əsasında yeni nəsil silah nümunələri hazırlanır.
Dövlət başçısı əlavə edib ki, nüvə mühərrikli növbəti nəsil qanadlı raketlərin yaradılmasına başlanılıb. Bu raketlərin sürəti səsin sürətini üç dəfədən çox üstələyəcək və gələcəkdə hipersəs sürətinə çata biləcək.






