Sosial
Sosial şəbəkələrdə diqqət yarışı: İnsanlar nəyə möhtacdır?
Son illər sosial şəbəkələr insanların gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. Artıq yaşından, peşəsindən və məşğuliyyətindən asılı olmayaraq, bir çox insan sosial platformalarda canlı yayımlar açmağa, şəxsi həyatını nümayiş etdirməyə və müxtəlif videolar paylaşmağa üstünlük verir. Daha çox izlənilmək və bəyənilmək istəyi isə bəzən insanların diqqət çəkmək naminə zərərli və cəmiyyət tərəfindən birmənalı qarşılanmayan məzmunlar hazırlamasına səbəb olur. Bəs insanlarda sosial şəbəkələrdə
Cəmiyyət04.11.2026 13:42
Polisə atəş açan hərbçiyə hökm oxundu
Cinayətkar birlik yaratmaqda və digər cinayətlərdə təqsirləndirilən Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin hərbi qulluqçusunun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Sfera.az xəbər verir ki, Cəlilabad Hərbi Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən N.A.-nın cinayət əməli sübuta yetirilib və hökm oxunub. Hökmə əsasən, N.A. 7 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək. İttihama görə, təqsirləndirilən N.A. xarici ölkədə
Cəmiyyət03.11.2026 18:25
7,8 milyard manatlıq sosial ödəniş – Ən çox pulu kimlər alıb?
Azərbaycanda bu ilin ilk 9 ayında pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımı üzrə əhaliyə 7 milyard 871 milyon manat vəsait ödənilib. Bu məbləğ ötən ilin eyni dövrü ilə müqayisədə 697 milyon manat və ya 10 faiz çoxdur. Bəs ayrılan vəsaitin əsas hissəsi hansı sosial qruplara çatıb? Sfera.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatında bildirilib. Ödənişlərin bölgüsünə nəzər saldıqda məlum olur ki, ən böyük məbləğ əmək pensiyalarına
İqtisadiyyat02.11.2026 21:18
Nazir açıqlama verdi: Kimlərin maaşı artırılacaq?
"Azərbaycanda sosial ödənişlərin artırılmasını nəzərdə tutan altıncı sosial islahat paketi hazırlanır". Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Xankəndidə keçirilən "SOCGOV 2026: Ağıllı idarəetmə üçün rəqəmsal təhlil" mövzusunda beynəlxalq forumda çıxışı zamanı bildirib. Nazir qeyd edib ki, 2018-ci ildən ölkədə beş sosial islahat paketi icra olunub və bu paketlər üçün illik əlavə maliyyə vəsaiti 8 milyard manat təşkil edir. Yeni paketin sosial ödənişlərin artırılmasını nəzərdə
İqtisadiyyat26.10.2026 11:32
Pensiyalar haqda narahatedici məsələ – Yaş və ödənişlər dəyişir?
Dövlət Sosial Müdafiə Fonduna (DSMF) dövlət büdcəsindən ayrılan vəsait 100 milyon manat azalacaq. Qanun layihəsinə əsasən, gələn il Fondun büdcəsinin balanslaşdırılması üçün 1,6 milyard manat ayrılması nəzərdə tutulur. Bu məbləğ 2026-cı il üçün təsdiqlənən 1,7 milyard manatla müqayisədə 5,9 faiz azdır. Bu azalma pensiyaların və sosial müavinətlərin ödənilməsinə necə təsir göstərəcək? Gələcəkdə sosial ödənişlərin maliyyələşdirilməsində çətinlik yarana bilərmi? Sfera.az bildirir ki, Globalinfo.az
İqtisadiyyat24.10.2026 20:01
Yaponiyada süni intellektə mühüm funksiya verildi
Yaponiyada məktəblilər arasında intihar hallarının rekord həddə çatması ilə əlaqədar hakimiyyət orqanları ictimai təşkilatlarla birgə gənclər arasında populyar olan sosial şəbəkələrdə süni intellekt (Sİ) sistemlərindən istifadə etməklə profilaktik tədbirləri gücləndirmək niyyətindədir. Bu məqsədlə pilot layihənin 2027-ci ildə işə salınması planlaşdırılır. Sfera.az xəbər verir ki, bu barədə "Kyodo" informasiya agentliyi ölkənin Səhiyyə, Əmək və Rifah Nazirliyindəki mənbələrə istinadən məlumat
Maraqlı24.10.2026 14:06
Məşhur sənətçilərin səmimi fotosu gündəm oldu - FOTO
Türkiyəli müğənni Murat Boz 41 yaşını qeyd edən Hadisəni doğum günü münasibətilə təbrik edib. Sfera.az xəbər verir ki, Murat Boz birlikdə çəkdirdikləri fotonu sosial şəbəkə hesabında paylaşaraq, “Yaxşı ki, doğulmusan, Hadisəm!” sözlərini yazıb və paylaşımına ürək emojisi əlavə edib. İki sənətçinin səmimi fotosu və Murat Bozun ürək sözləri sosial şəbəkələrdə diqqət çəkib. Qeyd edək ki, Hadise və Murat Boz “O Ses Türkiye” layihəsindən əlavə, müxtəlif layihələrdə və səhnələrdə də bir araya
Maqazin23.10.2026 10:58
Pensiyası kəsilənlərin nəzərinə
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) əvvəllər təyin edilmiş əmək pensiyasının hansı hallarda bərpa və ya yenidən təyin edilə biləcəyinə aydınlıq gətirib. Sfera.az xəbər verir ki, DSMF-dən bildirilib ki, ümumi xəstəlik səbəbindən əlilliyə görə təyin edilmiş pensiyanın ödənişi əlillik müddəti başa çatdığı üçün dayandırılıbsa, 5 il ərzində əlillik yenidən baş verdikdə pensiya bərpa olunur. 5 ildən artıq müddət keçdikdən sonra əlillik
İqtisadiyyat22.10.2026 20:45
Dağın zirvəsində bıçaq kimi uzanan qeyri-adi villa – FOTOLAR
Dağların qoynunda, sıldırım qayalıqların üzərində yerləşən qeyri-adi villa konsepti sosial mediada böyük maraq doğurub. Sfera.az bildirir ki, "Blade Mansion” adlandırılan layihə dağ silsiləsini xatırladan iti və incə memarlıq forması ilə diqqət çəkir. Konseptə əsasən, yaşayış sahəsi qarla örtülü qayalıqdan çıxaraq dərənin üzərində asılı vəziyyətdə təsəvvür edilib. Layihənin interyerində tünd daş materiallardan və yumşaq işıqlandırmadan istifadə olunması nəzərdə tutulur. Villanın geniş şüşə
Media21.10.2026 19:41
Prezident sərəncam imzaladı
Müharibə əlilləri və şəhid ailələrinin sosial təminatı üçün vəsaitlərin ayrılması müddəti 2029-cu ilədək uzadılıb. Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin Sərəncamı ilə “Əlilliyi olan şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin dövlət icbari şəxsi sığorta vəsaiti hesabına maliyyələşdirilməsi haqqında” Sərəncama edilən dəyişiklikdə əksini tapıb. Sərəncama əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aşağıdakı tədbirlərin
Cəmiyyət16.10.2026 18:24
Rəsmi portalda pensiya kapitalında azalmalar olub?
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) tərəfindən "myGov" portalında pensiya kapitalı məlumatlarında müşahidə olunan dəyişikliklərlə bağlı məsələyə münasibət bildirilib. Sfera.az bildirir ki, qurumdan Oxu.Az -ın sorğusuna cavab olaraq qeyd olunub ki, "myGov" platformasında vətəndaşlara təqdim olunan məlumatlar aidiyyəti dövlət informasiya sistemlərindən əldə edilərək əks olunur. Açıqlamada vurğulanıb ki, "Pensiya kalkulyatoru" bölməsindəki məlumatlar real vaxt rejimində Əmək və
İqtisadiyyat10.10.2026 20:40
Prezident sərəncam imzaladı
Valideyn himayəsindən məhrum olmuş uşağı övladlığa götürmək istəyən şəxslər üçün sosial işçi ilə görüş və təlim müddətləri qısaldılır. Sfera.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev "Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası"nda dəyişiklik haqqında Fərman imzalayıb. Fərmana əsasən, valideyn himayəsindən məhrum
Siyasət05.10.2026 20:44
Minimum əməkhaqqı, pensiya və müavinətlər artırılacaq - Yeni qərarın arxasında nə dayanır?
Azərbaycanda 2027-ci il üçün sosial ödənişlərin artırılması gündəmə gəlib. Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxışı zamanı gələn il minimum əməkhaqqının, pensiyaların və sosial müavinətlərin artırılacağını açıqlayıb. Dövlət başçısı bildirib ki, bununla bağlı artıq göstəriş verilib və bu siyasətin məqsədi əhalinin rifahının ildən-ilə yaxşılaşdırılmasıdır. Bu açıqlama xüsusilə sosial ödənişlərdən asılı olan əhali qrupları baxımından diqqət çəkir. Çünki söhbət
İqtisadiyyat02.10.2026 14:11
Uzun müddət tək qalanlar diqqətli olsunlar
Sosial təcrid və uzunmüddətli tənhalıq yalnız psixoloji vəziyyətə deyil, beynin fəaliyyəti və sinir sisteminə də təsir göstərə bilər. Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, uzman klinik psixoloq Beste Çokavgilin sözlərinə görə, uzun müddət tək qalmaq beynin sosial mühiti daha təhlükəli qəbul etməsinə və sinir sisteminin daim ayıq vəziyyətdə qalmasına səbəb ola bilər. Psixoloq bildirib ki, uzunmüddətli tənhalıq insanın ətrafındakı sosial siqnalları fərqli şərh etməsinə səbəb ola
Media01.10.2026 23:18
Sosial şəbəkələrlə bağlı qanun qəbul ediləcək - Nələri əhatə edə bilər?
Sosial şəbəkələr artıq yalnız insanların ünsiyyət qurduğu və informasiya paylaşdığı platformalar deyil. Bu platformalar ictimai rəyə, informasiya dövriyyəsinə, reklam bazarına və hətta insanların gündəlik qərarlarına ciddi təsir göstərən əsas rəqəmsal məkanlardan birinə çevrilib. Bununla yanaşı, sosial şəbəkələrdə yayılan yanlış məlumatlar, manipulyativ məzmun, nifrət nitqi və müxtəlif qanun pozuntuları ilə bağlı məsuliyyət məsələsi də getdikcə daha çox müzakirə olunur. Xüsusilə platformaların
Cəmiyyət01.10.2026 12:05
Müəllimlərə yeni status: Mənzil, pensiya və digər güzəştlər...
Müəllimlərə dövlət qulluqçusu statusunun verilməsi təhsil sistemində və cəmiyyətdə geniş müzakirə olunan mühüm mözulardandır. Bir çox beynəlxalq təcrübələrdə bu addım müəllim peşəsinin nüfuzunu artırmaq, sosial təminatları gücləndirmək məqsədi daşıyır. Belə bir mexanizmin ölkəmizdə də reallaşması müəllimlik peşəsinin statusuna necə təsir edərdi? Sfera.az bildirir ki, təhsil eksperti Elçin Əfəndi bu mövzuda Modern.az -a danışıb. "Azərbaycanda da belə bir status verilərsə, müəllimlər dövlət
Cəmiyyət30.09.2026 18:25
Kiçik qızdan cəsarətli etiraz: “Torpağımızı tərk etməyəcəyik”
İşğal altındakı İordan çayının qərb sahilində torpaqlarının zəbt edilməsinə etiraz edən fələstinli qız uşağının sözləri sosial mediada gündəm olub. Sfera.az xəbər verir ki, Qəzza zolağında İsrailin hücumları davam etdiyi bir vaxtda İordan çayının qərb sahilində də fələstinlilərə məxsus torpaqlarla bağlı gərginlik yaşanır. Yerli mənbələrin məlumatına görə, İsrailli bir şəxs İordan çayının qərb sahilinin cənubundakı Əl-Xəlil şəhərinə bağlı Məsafir Yatta bölgəsində fələstinlilərə məxsus əraziyə
Media29.09.2026 21:56
Pensiyaçılara və aztəminatlı ailələrə MÜHÜM XƏBƏR
Azərbaycan dövlət büdcəsinin əsas prioritetləri yenidən insan kapitalına və sosial rifaha köklənib. Gələn ilin büdcə xərclərinin 44 faizinin sosialyönümlü tədbirlərə sərf olunması təkcə maliyyə rəqəmi deyil, eyni zamanda ölkənin sosial siyasətində mühüm bir addımdır. Bu addım minlərlə şəhid ailəsi, qazi, əlilliyi olan şəxs və aztəminatlı ailə üçün yeni sosial dəstək paketlərinin, o cümlədən pensiya, müavinət və minimum əməkhaqqı artımlarının anonsu deməkdir. Sfera.az mövzu ilə bağlı Milli
İqtisadiyyat29.09.2026 18:22
Serenay Sarıkayadan Disneylend paylaşımı – Foto
Məşhur aktrisa Serenay Sarıkayanın Disneylenddə keçirdiyi əyləncəli anlar sosial şəbəkələrdə böyük maraqla qarşılanıb. Sfera.az xəbər verir ki, Paris moda həftəsi çərçivəsində keçirilən tədbirlərdə iştirak etmək üçün Fransaya gedən Serenay Sarıkaya boş vaxtını əyləncəyə ayırıb. Məşhur aktrisa Parisdə yerləşən Disneylend əyləncə parkını ziyarət edib. Sarıkaya burada rəngli üz boyaları ilə pozalar verib və gün ərzində yaşadığı əyləncəli anları sosial media hesabında izləyiciləri ilə bölüşüb.
Media29.09.2026 00:03
Ukraynadan 30 uşaq Azərbaycana gətirildi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə Ukraynadan daha 30 uşaq sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin edilmək üçün Azərbaycana gətirilib. Sfera.az xəbər verir ki, uşaqlar Agentliyin tabeliyində olan Qəbələ Uşaq Reabilitasiya Mərkəzində 10 günlük proqram çərçivəsində tibbi, eləcə də sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin olunacaqlar. Proqram çərçivəsində onlar üçün fərdi psixoloji konsultasiyalar, qrup
Dünya28.09.2026 22:38
Burak Özçivit ailəsi ilə görüntüləndi
Ekranların ən çox sevilən aktyorlarından olan Burak Özçivit həyat yoldaşı Fahriye Evcen və övladları ilə birlikdə çəkdirdiyi ailə fotosunu sosial media hesabında paylaşıb. Sfera.az xəbər verir ki, Burak Özçivit və Fahriye Evcenin “Çalıquşu” serialının çəkilişləri zamanı başlayan münasibəti 2017-ci ildə nikahla nəticələnib. Cütlüyün 2019-cu ildə Karan, 2023-cü ildə isə Kerem adlı oğlanları dünyaya gəlib. Hazırda yeni serialının çəkilişləri ilə əlaqədar sıx iş qrafiki olan Burak Özçivit buna
Media28.09.2026 21:28
“TikTok” 10 oktyabrda bağlanacaq?
“TikTok”-un Türkiyədə bağlanacağı və platformaya ölkə üzrə girişin məhdudlaşdırılacağı ilə bağlı iddialar sosial mediada geniş müzakirələrə səbəb olub. İstifadəçilər “TikTok bağlanacaq?”, “Platformaya giriş qadağan ediləcəkmi?” və “TikTok nə vaxt bağlanacaq?” suallarına cavab axtarırlar. Sfera.az xəbər verir ki, müzakirələr ABŞ-ın Alabama ştatında “TikTok” ilə bağlı əldə olunan razılaşmadan sonra daha da artıb. Razılaşmaya əsasən, şirkət iddiaçı tərəfə 100 milyon dollar ödəyəcək. Bundan əlavə,
Media28.09.2026 20:57
Pensiya ilə bağlı mühüm xəbər
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev pensiya qanunvericiliyinə gözlənilən köklü dəyişiklikləri təqdim edib. Təklif olunan layihə deputatlar, vəzifəli şəxslər, Mərkəzi Seçki Komissiyasının (MSK) üzvləri, Ombudsman, Hesablama Palatasının üzvləri, diplomatlar və inzibati vəzifə tutan dövlət qulluqçularının pensiya təminatında tamamilə yeni mexanizmin tətbiqini nəzərdə tutur. Bəs xüsusi şərtlərlə pensiya alan bu kateqoriyadan olan şəxslər üçün nə dəyişir? Bu
İqtisadiyyat26.09.2026 20:12
Derya Uluğ imicini dəyişdi - FOTO
Türkiyəli müğənni Derya Uluğ imicində dəyişiklik edib. Müğənninin yeni görünüşü sosial şəbəkələrdə böyük maraqla qarşılanıb. Sfera.az xəbər verir ki, uzun müddət qəhvəyi saç rəngindən istifadə edən Derya Uluğ saçlarını sarıya boyadıb. O, yeni görünüşünü sosial media hesabında paylaşaraq izləyicilərinin diqqətini çəkib. Yeni saçları ilə konsertə çıxan müğənni həmin anlardan görüntüləri də sosial media hesabında yayımlayıb. Paylaşım qısa müddətdə çoxsaylı bəyənmə və şərhlər toplayıb. Uluğun yeni
Maqazin26.09.2026 15:27
























