Burak Özçivit ailəsi ilə görüntüləndi

Ekranların ən çox sevilən aktyorlarından olan Burak Özçivit həyat yoldaşı Fahriye Evcen və övladları ilə birlikdə çəkdirdiyi ailə fotosunu sosial media hesabında paylaşıb.
Sfera.az xəbər verir ki, Burak Özçivit və Fahriye Evcenin “Çalıquşu” serialının çəkilişləri zamanı başlayan münasibəti 2017-ci ildə nikahla nəticələnib. Cütlüyün 2019-cu ildə Karan, 2023-cü ildə isə Kerem adlı oğlanları dünyaya gəlib.
Hazırda yeni serialının çəkilişləri ilə əlaqədar sıx iş qrafiki olan Burak Özçivit buna baxmayaraq ailəsinə vaxt ayırmağı davam etdirir.
Sosial mediada aktivliyi ilə seçilən aktyor həyat yoldaşı və uşaqları ilə birlikdə çəkdirdiyi səmimi ailə fotosunu izləyiciləri ilə bölüşüb. Paylaşım qısa zamanda böyük maraqla qarşılanıb və fotoya çoxsaylı bəyənmələr gəlib.
Mənsumə






