“TikTok” 10 oktyabrda bağlanacaq?

“TikTok”-un Türkiyədə bağlanacağı və platformaya ölkə üzrə girişin məhdudlaşdırılacağı ilə bağlı iddialar sosial mediada geniş müzakirələrə səbəb olub. İstifadəçilər “TikTok bağlanacaq?”, “Platformaya giriş qadağan ediləcəkmi?” və “TikTok nə vaxt bağlanacaq?” suallarına cavab axtarırlar.
Sfera.az xəbər verir ki, müzakirələr ABŞ-ın Alabama ştatında “TikTok” ilə bağlı əldə olunan razılaşmadan sonra daha da artıb. Razılaşmaya əsasən, şirkət iddiaçı tərəfə 100 milyon dollar ödəyəcək. Bundan əlavə, uşaqların platformadan istifadəsi ilə bağlı bir sıra məhdudiyyətlər tətbiq olunacaq.
Belə ki, Alabama ştatında uşaqların “TikTok”-dan gündəlik istifadəsinə 2 saatlıq limit qoyulacaq. Həmçinin gecə saatlarında və məktəb vaxtı uşaqların tətbiqə girişinin məhdudlaşdırılması nəzərdə tutulur.
Bu xəbərin ardından sosial şəbəkələrdə “TikTok”-un Türkiyədə də bağlanacağı ilə bağlı iddialar yayılıb.
“TikTok” 10 oktyabrda bağlanacaq?
İnternetdə yayılan iddialarda “TikTok”-un 10 oktyabr 2026-cı ildə Türkiyədə bağlanacağı bildirilir. Lakin hazırda həmin tarixdə platformanın bütün istifadəçilər üçün bağlanacağını təsdiqləyən rəsmi qərar yoxdur.
Türkiyədə 15 yaşını tamamlamamış uşaqların sosial media istifadəsinə dair yeni hüquqi tənzimləmələr də “TikTok”-la bağlı müzakirələrin əsas mövzularındandır.
Lakin bu tənzimləmənin “TikTok”-un Türkiyədə tamamilə bağlanmasını deyil, 15 yaşdan aşağı şəxslərin sosial media platformalarına çıxışının məhdudlaşdırılmasını nəzərdə tutduğu bildirilir.
Mənsumə






