Derya Uluğ imicini dəyişdi - FOTO

Derya Uluğ imicini dəyişdi - FOTO
Kateqoriya məlum deyil
T

Türkiyəli müğənni Derya Uluğ imicində dəyişiklik edib. Müğənninin yeni görünüşü sosial şəbəkələrdə böyük maraqla qarşılanıb.

Sfera.az xəbər verir ki, uzun müddət qəhvəyi saç rəngindən istifadə edən Derya Uluğ saçlarını sarıya boyadıb.

O, yeni görünüşünü sosial media hesabında paylaşaraq izləyicilərinin diqqətini çəkib.

Yeni saçları ilə konsertə çıxan müğənni həmin anlardan görüntüləri də sosial media hesabında yayımlayıb. Paylaşım qısa müddətdə çoxsaylı bəyənmə və şərhlər toplayıb.

Uluğun yeni imicini xüsusilə "Fənərbağça" azarkeşləri bəyənib. Onun sarı saçları komandanın sarı-mavi rəngləri ilə əlaqələndirilərək müxtəlif şərhlərə səbəb olub.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR