Rəsmi portalda pensiya kapitalında azalmalar olub?

Rəsmi portalda pensiya kapitalında azalmalar olub?
Kateqoriya məlum deyil
T

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) tərəfindən "myGov" portalında pensiya kapitalı məlumatlarında müşahidə olunan dəyişikliklərlə bağlı məsələyə münasibət bildirilib.

Sfera.az bildirir ki, qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq qeyd olunub ki, "myGov" platformasında vətəndaşlara təqdim olunan məlumatlar aidiyyəti dövlət informasiya sistemlərindən əldə edilərək əks olunur.

Açıqlamada vurğulanıb ki, "Pensiya kalkulyatoru" bölməsindəki məlumatlar real vaxt rejimində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq informasiya sistemindən alınan məlumatlar əsasında formalaşdırılır.

Agentlikdən bildirilib ki, hazırda pensiya kapitalı məlumatlarında müşahidə olunan dəyişikliklər işəgötürənlər tərəfindən məcburi dövlət sosial sığorta haqqı üzrə hesabatlara dair dəqiqləşdirilmiş məlumatların təqdim edilməsi və həmin hesabatların emalı prosesi ilə əlaqədardır.

Qeyd olunub ki, hesabatların emalı mütəmadi olaraq həyata keçirilir və bu müddətdə vətəndaşların şəxsi kabinetlərində əks olunan məlumatlarda dəyişikliklər baş verə bilər:

"Hesabatların emalı başa çatdıqdan sonra şəxsi kabinetlərdə dəqiqləşdirilmiş hesabatlar əsasında yenilənmiş məlumatlar əks olunacaq".

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR