Uzun müddət tək qalanlar diqqətli olsunlar

Uzun müddət tək qalanlar diqqətli olsunlar
Kateqoriya məlum deyil
T

Sosial təcrid və uzunmüddətli tənhalıq yalnız psixoloji vəziyyətə deyil, beynin fəaliyyəti və sinir sisteminə də təsir göstərə bilər.

Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, uzman klinik psixoloq Beste Çokavgilin sözlərinə görə, uzun müddət tək qalmaq beynin sosial mühiti daha təhlükəli qəbul etməsinə və sinir sisteminin daim ayıq vəziyyətdə qalmasına səbəb ola bilər.

Psixoloq bildirib ki, uzunmüddətli tənhalıq insanın ətrafındakı sosial siqnalları fərqli şərh etməsinə səbəb ola bilər. Belə vəziyyətdə insan başqalarının söz və davranışlarını həddindən artıq analiz etməyə meyilli olur.

Çoxavgil qeyd edib ki, qeyri-müəyyən hadisələr belə bəzən sosial təcrid və ya rədd edilmə kimi qəbul edilə bilər. Sinir sisteminin daim aktiv olması isə yuxu problemləri, səbirsizlik və zehni yorğunluqla nəticələnə bilər.

Beynin resurslarının mümkün sosial təhlükələrə yönəlməsi yaddaş, diqqət və öyrənmə proseslərinə də təsir göstərə bilər.

Mütəxəssis vurğulayıb ki, uzunmüddətli tənhalığın yaratdığı yaddaş və diqqət problemləri mütləq qalıcı deyil.

Onun sözlərinə görə, sağlam sosial münasibətlər qurmaq, müntəzəm ünsiyyətdə olmaq və ehtiyac yarandıqda psixoloji dəstək almaq beynin yenidən sosial əlaqələrə uyğunlaşmasına kömək edə bilər.

“İnsan sosial varlıqdır və sosiallaşmaq bizim üçün həyati əhəmiyyət daşıyır”, – deyə psixoloq bildirib.

Mənsumə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR