Ukraynadan 30 uşaq Azərbaycana gətirildi

Ukraynadan 30 uşaq Azərbaycana gətirildi
Kateqoriya məlum deyil
T

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə Ukraynadan daha 30 uşaq sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin edilmək üçün Azərbaycana gətirilib.

Sfera.az xəbər verir ki, uşaqlar Agentliyin tabeliyində olan Qəbələ Uşaq Reabilitasiya Mərkəzində 10 günlük proqram çərçivəsində tibbi, eləcə də sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin olunacaqlar.

Proqram çərçivəsində onlar üçün fərdi psixoloji konsultasiyalar, qrup terapiyaları, yoqa və rəqs terapiyası məşğələləri keçiriləcək. Habelə uşaqlar müalicəvi masaj, müalicəvi hovuz və vanna, art-terapiya və digər reabilitasiya xidmətlərindən yararlanacaqlar.

Onların Şəki, Şamaxı şəhərlərindəki tarixi yerlərə, muzeylərə ekskursiyalarının təşkili də nəzərdə tutulub.

Qeyd edək ki, Sosial Xidmətlər Agentliyi tərəfindən ötən dövrdə Ukraynadan 500-dək uşaq və gənc ölkəmizə gətirilərək sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin olunub.

6aba78a90e22e6aba78a90e22f17906054796aba78a90e22c6aba78a90e22d6aba78a94d64f6aba78a94d65017906054796aba78a94d64d6aba78a94d64e6aba78a894b1b6aba78a894b1c17906054796aba78a894b186aba78a894b196aba7711c7fc36aba7711c7fc417906050736aba7711c7fc06aba7711c7fc1 16aba7711dbd946aba7711dbd9517906050736aba7711dbd926aba7711dbd93 16aba7711ed2356aba7711ed23617906050736aba7711ed2326aba7711ed233 16aba77120c9b46aba77120c9b517906050736aba77120c9b16aba77120c9b3 1


PAYLAŞ

OXŞAR XƏBƏRLƏR