Yaponiyada süni intellektə mühüm funksiya verildi
Yaponiyada məktəblilər arasında intihar hallarının rekord həddə çatması ilə əlaqədar hakimiyyət orqanları ictimai təşkilatlarla birgə gənclər arasında populyar olan sosial şəbəkələrdə süni intellekt (Sİ) sistemlərindən istifadə etməklə profilaktik tədbirləri gücləndirmək niyyətindədir. Bu məqsədlə pilot layihənin 2027-ci ildə işə salınması planlaşdırılır.
Sfera.az xəbər verir ki, bu barədə "Kyodo" informasiya agentliyi ölkənin Səhiyyə, Əmək və Rifah Nazirliyindəki mənbələrə istinadən məlumat yayıb.
Nazirlik Yaponiyada böyük rezonans doğuran, internetdə intihar klubu təşkil etmiş bir şəxsin doqquz gənci öldürməsi hadisəsindən sonra, 2018-ci ildən sosial şəbəkələrdə profilaktik işlərə başlayıb. 2024-cü maliyyə ilində (2025-ci ilin martında başa çatıb) nazirliyin mütəxəssisləri könüllülərin dəstəyi ilə çətin vəziyyətə düşmüş insanlara sosial şəbəkələr vasitəsilə, demək olar ki, 337 min dəfə məsləhət verib və onlarla söhbətlər aparıblar. Onların 44 faizinin yaşı 19-dan az olub.
Məktəblilər arasında vəziyyətlə bağlı narahatedici statistik göstəricilər fonunda bu fəaliyyətin süni intellektin yeni imkanlarından istifadə etməklə maksimum dərəcədə intensivləşdirilməsi nəzərdə tutulur./Trend






