Kiçik qızdan cəsarətli etiraz: “Torpağımızı tərk etməyəcəyik”

Kiçik qızdan cəsarətli etiraz: “Torpağımızı tərk etməyəcəyik”
Kateqoriya məlum deyil
T

İşğal altındakı İordan çayının qərb sahilində torpaqlarının zəbt edilməsinə etiraz edən fələstinli qız uşağının sözləri sosial mediada gündəm olub.

Sfera.az xəbər verir ki, Qəzza zolağında İsrailin hücumları davam etdiyi bir vaxtda İordan çayının qərb sahilində də fələstinlilərə məxsus torpaqlarla bağlı gərginlik yaşanır.

Yerli mənbələrin məlumatına görə, İsrailli bir şəxs İordan çayının qərb sahilinin cənubundakı Əl-Xəlil şəhərinə bağlı Məsafir Yatta bölgəsində fələstinlilərə məxsus əraziyə avtomobili ilə daxil olub.

Hadisə zamanı fələstinli ailə ilə İsrailli şəxs arasında gərginlik yaranıb. Sosial şəbəkələrdə yayılan görüntülərdə Şama Adil Hamamdə adlı fələstinli qız uşağının həmin şəxsin qarşısında dayandığı görünür.

Qız uşağının avtomobilin qarşısında dayanaraq “Torpağımızı tərk etməyəcəyik. Bir evimizi dağıtsanız, yenisini tikəcəyik” dediyi eşidilir.

Kiçik qızın bu sözlərinin əks olunduğu görüntülər sosial mediada geniş yayılıb.

Mənsumə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR