iPhone
Qatlana bilən “iPad” 2028-ci ildə satışa çıxarılacaq
“Apple” şirkətinin 2028-ci ildə satışa çıxarmağa hazırlaşdığı böyük ekranlı qatlana bilən “iPad” modelinin dizayn baxımından “Huawei MateBook Fold” modelindən ilham ala biləcəyi iddia olunub. Sfera.az xəbər verir ki, bu barədə çinli insayder “Kang”ın yaydığı yeni məlumatlarda bildirilib. Məlumata görə, “Apple” hazırda böyük ekranlı qatlana bilən planşet modeli üzərində sınaqları davam etdirir. Bu məlumatlar analitik Ming Çi Kuonun daha əvvəl irəli sürdüyü proqnozlarla da üst-üstə düşüb.
Maraqlı26.10.2026 16:21
Apple-dan yeni qərar: iPhone-un bu modelləri ABŞ-də istehsal olunacaq
"Apple" ABŞ-də istehsal imkanlarını genişləndirmək üçün bir sıra yerli şirkətlərlə yeni müqavilələr bağlayıb və mövcud tərəfdaşlıqlarını artırıb. Şirkətin məlumatına görə, "iPhone Duo" və "iPhone 18 Pro" modelləri üçün simsiz çiplərdən tutmuş kamera materiallarınadək təxminən 100 komponent ABŞ şirkətləri tərəfindən istehsal olunur. Sfera.az xəbər verir ki, yeni razılaşmalar ABŞ-da yerli istehsalın inkişafını hədəfləyən "American Manufacturing Program" (AMP) proqramı çərçivəsində əldə edilib.
Maraqlı21.10.2026 20:50
“Xiaomi 18 Pro Max”, yoxsa “iPhone 18 Pro Max” – Hansı daha güclüdür?
“Apple”-ın “iPhone 18 Pro Max” və “Xiaomi”-nin yeni “Xiaomi 18 Pro Max” modeli flaqman smartfon bazarında diqqət çəkir. Hər iki telefon güclü prosessor və qabaqcıl kamera imkanları ilə təchiz olunub. Sfera.az xəbər verir ki, “Xiaomi 18 Pro Max” hələlik yalnız Çin bazarında satışdadır. “iPhone 18 Pro Max” isə qlobal bazarda təqdim olunub. ABŞ-da 256 GB-lıq versiyanın qiyməti 1 299 dollardan başlayır. “Xiaomi”-nin yeni modelində Snapdragon 8 Elite Extreme Gen 6, “iPhone 18 Pro Max”-da isə
Media29.09.2026 23:13
"iPhone"larda ciddi problem üzə çıxdı
"Apple" yeni "iPhone" modellərində aşkarlanan problemləri aradan qaldırmaq üçün iOS 27.0.1 yeniləməsini təqdim edib. Sfera.az xəbər verir ki, bu barədə "ZDNet" yazıb. Məlumata görə, yeniləmənin əsas məqsədi yeni "iPhone 18 Pro" və "iPhone 18 Pro Max" modellərində üzə çıxan kritik xətaları düzəltməkdir. Problemlərdən biri Face ID vasitəsilə üzü skan etməyə cəhd zamanı smartfonun donmasına və ya yenidən başlamasına səbəb olub. Digər xəta isə Bildirişlər Mərkəzi ilə İdarəetmə Mərkəzinin eyni
Maraqlı29.09.2026 20:58
“iPhone” istifadəçilərinin diqqətinə!
“Apple”-ın süni intellekt platforması Apple Intelligence yeni iOS 27 yeniləməsi ilə əhəmiyyətli dəyişikliklərə məruz qalıb. Yenilənmiş sistem bəzi yeni “iPhone” modellərində əvvəlkindən təxminən iki dəfə çox yaddaş sahəsi tələb edir. Sfera.az xəbər verir ki, “Apple”-ın yayımladığı yeni dəstək sənədinə əsasən, “iPhone 18 Pro”, “iPhone 18 Pro Max”, “iPhone Duo”, “iPhone 17 Pro”, “iPhone 17 Pro Max” və “iPhone Air” modellərində “Apple” Intelligence funksiyalarından tam istifadə etmək üçün 14 GB
Media23.09.2026 21:21
“Apple” yeni “iPhone”-ların təmir qiymətlərini açıqladı
“Apple” yeni flaqman modelləri olan “iPhone 18 Pro” və “iPhone 18 Pro Max” üçün ekran, batareya və arxa şüşənin dəyişdirilməsi ilə bağlı rəsmi servis qiymətlərini açıqlayıb. Sfera.az xəbər verir ki, “Apple” rəsmi servis tarifləri səhifəsini yeniləyərək “iPhone 18 Pro” və “iPhone 18 Pro Max” modellərinin müxtəlif təmir xərclərini təqdim edib. “iPhone 18 Pro Max” modelinin ekranının dəyişdirilməsi təxminən 751 manat, “iPhone 18 Pro” üçün isə 651 manat təşkil edir. Həm ekranın, həm də arxa şüşənin
Media17.09.2026 23:35
“iPhone 18 Pro”da gözlənilməz dəyişiklik - FOTO
“Apple” şirkətinin yeni “iPhone 18 Pro” və “iPhone 18 Pro Max” modellərində dizaynla bağlı kiçik, lakin diqqətçəkən dəyişiklik edəcəyi bildirilir. Sfera.az xəbər verir ki, yeni modellərdə “Apple” loqosunun əvvəlki nəsillərlə müqayisədə bir qədər yuxarı yerləşdiriləcəyi gözlənilir. Məlumata görə, dəyişiklik yeni şəffaf qoruyucu kabroların dizaynı ilə əlaqəlidir. Belə ki, yeni kabrolarda yerləşdirilən dairəvi hissənin “Apple” loqosunu tam şəkildə örtməsi nəzərdə tutulur. Bu dəyişiklik nəticəsində
Maraqlı17.09.2026 15:03
“iPhone 18 Pro Max” və “17 Pro Max”: Əsas fərqlər nələrdir?
“Apple” “Sürpriz və Parıltı” tədbirində yeni flaqmanı “iPhone 18 Pro Max” modelini təqdim edib. Sfera.az xəbər verir ki, cihaz ilk baxışdan selefi “iPhone 17 Pro Max” ilə eyni dizayn xəttini qorusa da daxili avadanlıq və performans baxımından ciddi yeniliklərlə diqqət çəkir. Qlobal yaddaş böhranı fonunda başlanğıc qiyməti 100 dollar artaraq 1 299 dollar təşkil edib. Ön sifarişlər 12 sentyabrda, rəsmi satışlar isə 18 sentyabrda başlayır. Yeni modeldə tünd qırmızı (bordo), qara, gümüşü və buz
Media10.09.2026 23:12
Köhnə “iPhone” modelləri bahalaşdı - Yeni QİYMƏTLƏR
“Apple” yeni məhsullarını təqdim etdiyi tədbirdən sonra satışda saxladığı əvvəlki nəsil “iPhone” modellərinin qiymətlərini artırıb. Sfera.az xəbər verir ki, məlumata görə, “Apple” rəsmi olaraq satışını davam etdirdiyi əvvəlki nəsil “iPhone” modellərinin qiymətini 100 dollar artırıb. Beləliklə, “iPhone 16” modelinin başlanğıc qiyməti 699 dollardan 799 dollara yüksəlib. Bununla da cihazın qiyməti 2024-cü ildə satışa çıxarıldığı dövrdəki başlanğıc qiymətinə qayıdıb. İlin əvvəlində 599 dollardan
İqtisadiyyat10.09.2026 17:16
“WhatsApp” bu telefonlarda artıq işləməyəcək
Meta şirkəti “WhatsApp”ın ən son təhlükəsizlik standartlarını qorumaq məqsədilə bəzi köhnə Android və “iPhone” modellərinə dəstəyi dayandırır. Sfera.az xəbər verir ki, şirkətin yenilədiyi minimum sistem tələblərinə əsasən, 8 sentyabr 2026-cı ildən Android 6-dan aşağı versiyalarda, 30 noyabr 2026-cı ildən isə iOS 15.5-dən əvvəlki versiyalarda “WhatsApp” dəstəklənməyəcək. “iPhone” istifadəçiləri üçün bunun ciddi problem yaratması gözlənilmir. Çünki iOS 15.1-i dəstəkləyən bütün cihazları iOS 15.5
Maraqlı08.09.2026 23:44
“iPhone 18 Pro” bu 3 özəlliklə gəlir
“Apple”-ın gələn həftə təqdim edəcəyi “iPhone 18 Pro”, dəyişən diapazonlu kameradan kiçilmiş Dinamik Adaya qədər texnologiya dünyasında illərdir müzakirə olunan üç mühüm özəlliklə təqdim olunmağa hazırlaşır. Sfera.az xəbər verir ki, şirkət rəsmi olaraq təqdim edəcəyi yeni flaqman modeli “iPhone 18 Pro”-da uzun müddətdir gözlənilən köklü dəyişikliklərə yer verəcək. Böyük maraqla gözlənilən model; kamera özəllikləri, ekran dizaynı və rabitə çipində əhəmiyyətli təkmilləşdirmələr təqdim edəcək.
Media04.09.2026 22:43
“iPhone 18” üçün gözlənilməz dəyişiklik
“Apple”ın sentyabrın 9-da keçirəcəyi ənənəvi payız tədbirində “iPhone 18 Pro”, “iPhone 18 Pro Max” və şirkətin ilk qatlanan smartfonu olacağı gözlənilən “iPhone Ultra” modellərini təqdim edəcəyi bildirilir. Lakin yeni “iPhone” modellərinin ön sifariş tarixində bu il diqqətçəkən dəyişiklik edilə bilər. Sfera.az xəbər verir ki, “Apple” yeni “iPhone” modellərinin təqdimatından sonra ön sifarişləri adətən tədbirdən sonrakı ilk cümə günü qəbul etməyə başlayır. Bu il isə həmin tarix sentyabrın 11-nə
Media01.09.2026 21:54
Bu iPhone 17 Pro-nun 13 min dollar qiyməti var
Caviar radiasiya sayğacına malik xüsusi iPhone 17 Pro modelini təqdim edib. Geiger adlanan cihazın korpusuna tam işlək Geiger-Müller ölçən modulu inteqrasiya olunub. Sfera.az bildirir ki, eksklüziv modelin qiyməti 13 130 dollardan başlayır. Qurğu ətrafdakı radiasiyanı ölçməklə yanaşı analoq saat funksiyasını da daşıyır. Cihaza yerləşdirilən SIG-RM1208 sayğacı radiasiya göstəricilərini real vaxtda kiçik ekranda göstərir. Şüalanma həddi aşıldıqda smartfon səsli siqnal verir. Caviar standart şüşə
Maqazin31.08.2026 22:55
"iPhone" işlədənlər üçün YENİLİK: PUL ÖDƏYƏCƏKSİNİZ
“Apple” indiyədək reklamsız fəaliyyət göstərən “Xəritə” tətbiqində sponsorlu reklam sistemini istifadəyə verməyə başlayıb. Sfera.az xəbər verir ki, yeni sistem çərçivəsində şirkətlər xəritə daxilində aparılan axtarışlarda daha yuxarı sıralarda görünmək üçün ödəniş edə biləcəklər. Sponsorlu müəssisələr axtarış ekranında tövsiyə olunan məkanlar bölməsində və nəticələr siyahısının ən üstündə nümayiş olunacaq. İstifadəçilər ödənişli nəticələri xüsusi mavi reklam işarəsi ilə fərqləndirə biləcəklər.
Cəmiyyət27.08.2026 21:17
“iPhone” alanların nəzərinə
“Apple” yeni “iPhone” modellərinin qiymətini artırmağa hazırlaşır. Sfera.az xəbər verir ki, bu barədə agentliyin jurnalisti Mark Qurman məlumat yayıb. Məlumata görə, buna səbəb xammal, xüsusən də yaddaş kartları və çip təchizatında yaşanan ciddi qıtlıqdır: “Oxşar problemlərlə üzləşən “Samsung” və “Google” artıq yeni flaqman smartfonlarının qiymətini təxminən 100 dollar qaldırıblar. Çip və yaddaş komponentlərinin qiymətinin yüksəlməsi “Apple” üçün də qiymət artımını praktiki olaraq qaçılmaz
Maraqlı24.08.2026 21:12
“iPhone 18 Pro” seriyası bu rənglərlə satışa çıxacaq
“Apple”-ın sentyabr ayında təqdim etməyə hazırlaşdığı “iPhone 18 Pro”seriyası və ilk qatlanan “iPhone”modeli ilə bağlı yeni detallar ortaya çıxıb. Məlumatlara görə, yeni modellərin rəng seçimləri artıq bəlli olub. Sfera.az xəbər verir ki, iddialara əsasən, “iPhone 18 Pro” və “iPhone 18 Pro Max” modellərində əvvəlki nəsildəki Kosmik Narıncı rəngini “Tünd Albalı” adlı yeni rəng əvəz edəcək. Qırmızı və bənövşəyi tonların qarışığından ibarət olacaq bu rəng seriyanın əsas yeniliklərindən biri kimi
Media24.08.2026 18:48
"iPhone 18" modelləri iki mərhələdə təqdim oluna bilər
“Apple” şirkəti iPhone 18 seriyasını iki mərhələdə təqdim edə bilər. Sfera.az xəbər verir ki, iPhone 18 Pro, iPhone 18 Pro Max və şirkətin ilk qatlanan iPhone modeli 2026-cı ilin sentyabrında təqdim ediləcək. Standart iPhone 18, iPhone 18e və ikinci nəsil iPhone Air isə 2027-ci ilin yazında satışa çıxarıla bilər. İddialara əsasən, iPhone 18 Pro modellərində yeni A20 prosessoru, təkmilləşdirilmiş kamera və daha kiçik Dynamic Island olacaq. Qatlanan modelin isə “iPhone Ultra” adı ilə təqdim
Maraqlı19.08.2026 18:39
“iPhone 18 Pro Max”-ın kamerası belə olacaq
“Apple”-ın sentyabrın ilk həftəsində təqdim etməyə hazırlaşdığı “iPhone 18” seriyası ilə bağlı yeni məlumatlar yayılıb. Sfera.az xəbər verir ki, iddialara görə, seriyanın ən premium modeli olan “iPhone 18 Pro Max” dəyişən diafraqmaya malik kamera sistemi ilə təchiz ediləcək. Bu texnologiyanın xüsusilə zəif işıqda çəkiliş və yaxınlaşdırma performansını yaxşılaşdıracağı bildirilir. Məlumatlara əsasən, smartfon 6x optik yaxınlaşdırma və daha təkmil prizma telefoto obyektiv texnologiyası ilə də
Media18.08.2026 20:26
“iPhone 18”-in təqdimat tarixi dəyişir
“Apple”-ın “iPhone 18” seriyasının təqdimat strategiyasını dəyişəcəyi ilə bağlı iddialar təsdiqlənib. Şirkətin yeni modelləri eyni vaxtda deyil, fərqli tarixlərdə təqdim edəcəyi bildirilir. Sfera.az xəbər verir ki, məlumata görə, “iPhone 18 Pro” və “iPhone 18 Pro Max” bu ilin sentyabrında keçiriləcək tədbirdə təqdim olunacaq. “Apple”-ın ilk qatlanan smartfonu kimi gözlənilən “iPhone Ultra” modelinin də həmin tədbirdə nümayiş etdiriləcəyi iddia olunur. Standart “iPhone 18”və “iPhone 18e”
Media14.08.2026 21:11
Şüşə dizaynlı xüsusi “iPhone” nə vaxt satışa çıxacaq?
“Apple”-ın şirkətin 20-ci ildönümünə özəl olaraq hazırladığı yeni “iPhone”modeli ilə bağlı yeni detallar ortaya çıxıb. Xüsusi dizayna sahib olacaq smartfonun 2027-ci ildə təqdim ediləcəyi bildirilir. Sfera.az xəbər verir ki, “Apple” sentyabr ayında keçirəcəyi tədbirə hazırlaşarkən, 20-ci ildönümünə özəl “iPhone” üzərində də işləyir. Məlumata görə, yeni model adi “iPhone”-lardan fərqli olaraq xüsusi şüşə dizayna sahib olacaq. İddialara əsasən, telefonun həm ön, həm də arxa hissəsində şüşə
Media13.08.2026 19:22
6 yeni “iPhone” modeli hazırlanır
“Apple”-ın iOS 27 beta 5 versiyasında aşkarlanan gizli sistem kodları şirkətin 6 yeni “iPhone” modeli üzərində çalışdığını ortaya qoyub. Sfera.az xəbər verir ki, kodlarda “iPhone 18 Pro”, “iPhone 18 Pro Max”, “iPhone 18”, “iPhone 18e”, “iPhone Air 2” və qatlanan ekranlı olması gözlənilən “iPhone Ultra” modellərinin adları aşkarlanıb. Batareya sistemlərindəki kodlar yeni modellərin daha inkişaf etmiş enerji idarəetməsi ilə yanaşı, qatlanan ekran və iki batareyalı quruluş kimi texnologiyaları
Media12.08.2026 19:39
“iPhone”lar bütün dünyada bahalaşa bilər
"Apple" şirkətinin yaxın vaxtlarda "iPhone" smartfonlarının qiymətlərinə yenidən baxa biləcəyi bildirilir. Mövcud modellərin bahalaşmasının isə daha böyük qiymət artımının başlanğıcı ola biləcəyi qeyd olunur. Sfera.az bildirir ki, "Fixed Focus Digital" adlı insayderin məlumatına görə, ilk növbədə "iPhone 17" seriyasının qiymətlərində dəyişiklik gözlənilir. Bununla belə, mənbə qiymət artımının baş verəcəyinə dair təsdiqlənmiş məlumatın olmadığını da vurğulayıb. Bildirilir ki, mümkün bahalaşmanın
İqtisadiyyat12.08.2026 16:03
iPhone 18-lə bağlı yeni detal sızdı
"Apple"ın gələn ay iPhone 18 Pro, iPhone 18 Pro Max və iPhone Ultra modellərini təqdim edəcəyi gözlənilir. Yeni seriyanın təqdimatına az müddət qalmış iPhone 18 Pro Max-in batareyası ilə bağlı yeni sızma ortaya çıxıb. Sfera.az xəbər verir ki, Çindən yayılan görüntülərdə iPhone 18 Pro Max üçün 5 391 mAh tutumlu batareya əks olunub. Bu göstərici daha əvvəl fiziki SIM kart dəstəyi olan model üçün yayılan məlumatla üst-üstə düşür. İddialara görə, yalnız eSIM dəstəyi ilə satışa çıxarılacaq versiyada
Maraqlı12.08.2026 00:27
“iPhone 18” çıxmamış “Apple” şok yaşadı: Şirkət “yox” dedi
“Apple” şirkəti “iPhone 18” seriyasının təqdimatına hazırlaşdığı bir vaxtda yaddaş tədarükü ilə bağlı çətinliklə üzləşib. Sfera.az xəbər verir ki, şirkət yaddaş böhranını aradan qaldırmaq üçün Çinin “CXMT” şirkəti ilə LPDDR5X yaddaşlarının tədarükü barədə danışıqlar aparıb. Lakin “Apple”ın böyük həcmli sifariş qarşılığında endirim tələbi Çin şirkəti tərəfindən qəbul edilməyib. “iPhone 18” seriyası və “iPhone Ultra” modelinin təqdimatına 6 həftədən az vaxt qaldığı bildirilir. Şirkət cihazlar
Media07.08.2026 18:42























