Logo

Qatlana bilən “iPad” 2028-ci ildə satışa çıxarılacaq

Qatlana bilən “iPad” 2028-ci ildə satışa çıxarılacaq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

“Apple” şirkətinin 2028-ci ildə satışa çıxarmağa hazırlaşdığı böyük ekranlı qatlana bilən “iPad” modelinin dizayn baxımından “Huawei MateBook Fold” modelindən ilham ala biləcəyi iddia olunub.

Sfera.az xəbər verir ki, bu barədə çinli insayder “Kang”ın yaydığı yeni məlumatlarda bildirilib. Məlumata görə, “Apple” hazırda böyük ekranlı qatlana bilən planşet modeli üzərində sınaqları davam etdirir.

Bu məlumatlar analitik Ming Çi Kuonun daha əvvəl irəli sürdüyü proqnozlarla da üst-üstə düşüb. İddialara əsasən, yeni cihazın 2028-ci ildə bazara çıxarılması nəzərdə tutulub.

Qatlana bilən “iPad”in bağlandıqda kompakt və daşınması rahat formaya malik olacağı, açıldıqda isə 18–20 düym ölçüsündə nəhəng ekran təqdim edəcəyi gözlənilir.

Mark Gurmanın hesabatlarında qeyd olunduğu kimi, “Apple” cihazı yan-yana yerləşdirilmiş iki “iPad Pro” kimi işləyəcək şəkildə hazırlayır. Həmçinin ekranın qatlanma izinin mümkün qədər az nəzərə çarpması üzərində iş aparıldığı bildirilib.

Məlumata görə, böyük ekranın hazırlanmasında “Corning” şirkətinin xüsusi təchiz edəcəyi ultra nazik şüşədən (UTG) istifadə oluna bilər. Kəsmə, kənarların emalı, keyfiyyətə nəzarət və qablaşdırma kimi mühüm istehsal mərhələlərinin isə “General Interface Solutions” (GIS) şirkəti tərəfindən həyata keçirilməsi gözlənilir.

İddialara görə, “Apple” qatlana bilən “iPad”in satışa çıxarıldığı ilk ildə cəmi 500 min-1 milyon ədəd cihaz tədarük etməyi planlaşdırır.

Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR