“Xiaomi 18 Pro Max”, yoxsa “iPhone 18 Pro Max” – Hansı daha güclüdür?

“Xiaomi 18 Pro Max”, yoxsa “iPhone 18 Pro Max” – Hansı daha güclüdür?
Kateqoriya məlum deyil
T

“Apple”-ın “iPhone 18 Pro Max” və “Xiaomi”-nin yeni “Xiaomi 18 Pro Max” modeli flaqman smartfon bazarında diqqət çəkir. Hər iki telefon güclü prosessor və qabaqcıl kamera imkanları ilə təchiz olunub.

Sfera.az xəbər verir ki, “Xiaomi 18 Pro Max” hələlik yalnız Çin bazarında satışdadır. “iPhone 18 Pro Max” isə qlobal bazarda təqdim olunub. ABŞ-da 256 GB-lıq versiyanın qiyməti 1 299 dollardan başlayır.

“Xiaomi”-nin yeni modelində Snapdragon 8 Elite Extreme Gen 6, “iPhone 18 Pro Max”-da isə “Apple”-ın A20 Pro prosessoru istifadə edilir. Hər iki şirkət yeni çiplərin yüksək performans və süni intellekt imkanları təqdim etdiyini bildirir.

Kamera baxımından “Xiaomi” 200 MP əsas sensorla, “Apple” isə 48 MP dəyişən diafraqmalı əsas kamera ilə fərqlənir.

Hər iki model 6,9 düymlük ekrana sahibdir. “Xiaomi 18 Pro Max”-ın əsas yeniliklərindən biri isə kamera moduluna yerləşdirilən arxa ekrandır. Bu ekran bildirişlərə baxmağa və selfi önizləməsinə imkan verir.

“Xiaomi”-nin qlobal satışa çıxıb-çıxmayacağı isə hələlik məlum deyil.

Mənsumə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR