“iPhone 18 Pro” bu 3 özəlliklərlə gəlir

“Apple”-ın gələn həftə təqdim edəcəyi “iPhone 18 Pro”, dəyişən diapazonlu kameradan kiçilmiş Dinamik Adaya qədər texnologiya dünyasında illərdir müzakirə olunan üç mühüm özəlliklə təqdim olunmağa hazırlaşır.
Sfera.az xəbər verir ki, şirkət rəsmi olaraq təqdim edəcəyi yeni flaqman modeli “iPhone 18 Pro”-da uzun müddətdir gözlənilən köklü dəyişikliklərə yer verəcək.
Böyük maraqla gözlənilən model; kamera özəllikləri, ekran dizaynı və rabitə çipində əhəmiyyətli təkmilləşdirmələr təqdim edəcək.
İllərdir müzakirə olunan dəyişən diapazonlu kamera sisteminin ən azı Pro Max modelində, çox gümman ki, hər iki Pro cihazının əsas kamerasında yer alacağı gözlənilir.
Bu innovativ obyektiv mexanizmi sayəsində yeni seriyanın mobil fotoqrafiya sahəsində mühüm imkanlar qazanacağı proqnozlaşdırılır.
Dinamik Ada ekran sahəsi dörd illik fasilədən sonra ilk dəfə “iPhone 18 Pro” ilə ölçü baxımından dəyişikliyə uğrayır. Yeni dizayn işləmələrinə əsasən, Dinamik Adanın əvvəlki nəsillə müqayisədə təxminən 35 faiz daha kiçik formada təqdim ediləcəyi bildirilir.
“Apple” yeni modelində "Qualcomm" komponentlərini geridə qoyaraq öz daxilində layihələndirdiyi yeni nəsil C2 modem çipindən istifadə etməyə hazırlaşır. Ötən il təqdim olunan C1 modeli ilə müqayisədə sürət artımı təmin etməsi gözlənilən yeni C2 çipi istifadəçilərə daha yüksək enerji səmərəliliyi və təkmilləşdirilmiş məlumat məxfiliyi üstünlükləri bəxş edəcək.
Mənsumə






