“Apple” yeni “iPhone”-ların təmir qiymətlərini açıqladı

“Apple” yeni “iPhone”-ların təmir qiymətlərini açıqladı
Kateqoriya məlum deyil
T

“Apple” yeni flaqman modelləri olan “iPhone 18 Pro” və “iPhone 18 Pro Max” üçün ekran, batareya və arxa şüşənin dəyişdirilməsi ilə bağlı rəsmi servis qiymətlərini açıqlayıb.

Sfera.az xəbər verir ki, “Apple” rəsmi servis tarifləri səhifəsini yeniləyərək “iPhone 18 Pro” və “iPhone 18 Pro Max” modellərinin müxtəlif təmir xərclərini təqdim edib.

“iPhone 18 Pro Max” modelinin ekranının dəyişdirilməsi təxminən 751 manat, “iPhone 18 Pro” üçün isə 651 manat təşkil edir.

Həm ekranın, həm də arxa şüşənin zədələnməsi halında təmir qiyməti “iPhone 18 Pro Max” üçün təxminən 912 manat, “iPhone 18 Pro” üçün isə 806 manat olur.

Yalnız arxa şüşənin dəyişdirilməsi üçün hər iki modeldə təxminən 313 manat ödənilməlidir.

Hər iki modeldə arxa kameranın təmiri təxminən 507 manat, batareyanın dəyişdirilməsi isə 256 manat təşkil edir.

Telefonun digər zədələri üzrə servis xərcləri isə daha yüksəkdir. Bu kateqoriyada “iPhone 18 Pro” üçün təxminən 3 111 manat, “iPhone 18 Pro Max” üçün isə 3 408 manat servis haqqı göstərilib.

Qeyd edək ki, açıqlanan məbləğlər “Apple” tərəfindən müəyyən edilən təxmini qiymətlərdir. Yekun məbləğ cihazdakı zədənin vəziyyətindən və servis mərkəzindən asılı olaraq dəyişə bilər.

Mənsumə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR