“iPhone” istifadəçilərinin diqqətinə!

“Apple”-ın süni intellekt platforması Apple Intelligence yeni iOS 27 yeniləməsi ilə əhəmiyyətli dəyişikliklərə məruz qalıb. Yenilənmiş sistem bəzi yeni “iPhone” modellərində əvvəlkindən təxminən iki dəfə çox yaddaş sahəsi tələb edir.
Sfera.az xəbər verir ki, “Apple”-ın yayımladığı yeni dəstək sənədinə əsasən, “iPhone 18 Pro”, “iPhone 18 Pro Max”, “iPhone Duo”, “iPhone 17 Pro”, “iPhone 17 Pro Max” və “iPhone Air” modellərində “Apple” Intelligence funksiyalarından tam istifadə etmək üçün 14 GB boş yaddaş sahəsi tələb olunur.
Digər uyğun “iPhone” modellərində isə bu göstərici əvvəlki kimi 8 GB olaraq qalır.
Əlavə yaddaş tələbinin əsas səbəbi cihazlarda təqdim edilən daha inkişaf etmiş süni intellekt imkanlarıdır. Bu funksiyalar arasında Siri-nin səs xüsusiyyətlərinin və sürətinin fərdiləşdirilməsi, eləcə də səsli diktənin dəqiqliyinin artırılması yer alır.
“Apple” bildirir ki, bu imkanların işləməsi üçün cihazda daha güclü süni intellekt modellərinin yerləşdirilməsi tələb olunur. Buna görə də yeni modellərdə “Apple”Intelligence daha çox yaddaş sahəsi tutur.
Mənsumə






