“iPhone 18 Pro”da gözlənilməz dəyişiklik - FOTO

“Apple” şirkətinin yeni “iPhone 18 Pro” və “iPhone 18 Pro Max” modellərində dizaynla bağlı kiçik, lakin diqqətçəkən dəyişiklik edəcəyi bildirilir.
Sfera.az xəbər verir ki, yeni modellərdə “Apple” loqosunun əvvəlki nəsillərlə müqayisədə bir qədər yuxarı yerləşdiriləcəyi gözlənilir. Məlumata görə, dəyişiklik yeni şəffaf qoruyucu kabroların dizaynı ilə əlaqəlidir. Belə ki, yeni kabrolarda yerləşdirilən dairəvi hissənin “Apple” loqosunu tam şəkildə örtməsi nəzərdə tutulur.
Bu dəyişiklik nəticəsində loqo cihazın arxa hissəsində əvvəlki kimi tam mərkəzdə yerləşməyəcək. Beləliklə, iPhone 18 Pro və iPhone 18 Pro Max modellərində loqonun mövqeyi həm gövdəyə, həm də arxa şüşəyə nəzərən bir qədər yuxarı olacaq. Dəyişikliyin cihazın funksionallığına təsir etmədiyi, əsasən yeni aksesuarların dizaynı ilə bağlı olduğu bildirilir.
Firuzə Əliyeva







