Bu iPhone 17 Pro-nun 13 min dollar qiyməti var

Caviar radiasiya sayğacına malik xüsusi iPhone 17 Pro modelini təqdim edib. Geiger adlanan cihazın korpusuna tam işlək Geiger-Müller ölçən modulu inteqrasiya olunub.
Sfera.az bildirir ki, eksklüziv modelin qiyməti 13 130 dollardan başlayır. Qurğu ətrafdakı radiasiyanı ölçməklə yanaşı analoq saat funksiyasını da daşıyır.
Cihaza yerləşdirilən SIG-RM1208 sayğacı radiasiya göstəricilərini real vaxtda kiçik ekranda göstərir. Şüalanma həddi aşıldıqda smartfon səsli siqnal verir.
Caviar standart şüşə arxa paneli titan korpusla əvəz edib. Dizaynda açıq vintlər, qalın metal detallar və radiasiya simvolu diqqət çəkir.
Sayğacın yanında İsveçrənin Ronda 763 kvars mexanizmli analoq saatı yerləşir. Modullar cihazı adi modeldən daha qalın və ağır edir.
Kolleksiya dəyəri daşıyan model cəmi 7 ədəd istehsal olunacaq. Hər cihaz fərdi nömrə və orijinallıq sertifikatı ilə təqdim edilir./demokrat






